Previous Next
Bağla

Azərbaycan kontentinə malik süni intellekt platformaları inkişaf etdirilir

27-03-2024 14:11
Azərbaycan kontentinə malik süni intellekt platformaları inkişaf etdirilir

Rəqəmsal transformasiya hər bir iqtisadiyyat, o cümlədən indi yerli generativ süni intellekt hazırlayan Azərbaycan üçün vacibdir.

Xeberler.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində bildirib.

“Analoji süni intellekt həlləri aparıcı “blue chips” şirkətlər – həm dövlət, həm də özəl sektorun şirkətləri tərəfindən tətbiq edilir. Bu, hər şeyin işıq sürəti ilə dəyişdiyi bir məkandır, ona görə də düşünürəm ki, bu sahəyə investisiyalar davam edəcək. Həmçinin təhsil və iqtisadiyyat arasında düzgün körpünün təmin edilməsi baxımından maarifləndirmənin artırılması zəruridir. İnsan kapitalı haqqında məlumat təkcə yarışda qalmaq üçün deyil, həm də onun ölkənin iqtisadi inkişafına və rifahına müsbət təsir göstərməsindən əmin olmaq üçün zəruri elementdir”, – nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan MDB məkanında və regionda IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzini (4SİM) yaradan ilk ölkə olub ki, bu mərkəz digər özəl, dövlət və hökumət qurumları ilə birgə xüsusən iqtisadiyyatda, eləcə də Azərbaycanın digər sahələrində rəqəmsallaşmanın sürətinin artırılması prosesinə rəhbərlik edir.

Qeyd edək ki, generativ süni intellekt sənaye avtomatlaşdırılmasını təkmilləşdirə, yeni proqram kodu hazırlaya və video, audio, şəkillərin və daha çox şeylərin avtomatik sintezi vasitəsilə nəqliyyat təhlükəsizliyini artıra bilər. Bu təşəbbüs Azərbaycan dilində səlis danışan və Azərbaycan kontentinə malik süni intellekt platformalarının inkişafını stimullaşdırmaq məqsədi daşıyır.

Analitiklər süni intellekt bazarının ölçüsü ilə bağlı müxtəlif təxminlərə malikdirlər. “MarketsandMarkets”in ən mühafizəkar hesablamalarına görə, 2023-cü ildə qlobal süni intellekt bazarının həcmi 150,2 milyard ABŞ dolları təşkil edib. “Next Move Strategy Consulting” qlobal süni intellekt bazarının 200 milyard ABŞ dollardan çox olduğunu təxmin edir. Ən optimist məlumatlar Hindistanın “Fortune Business Insights” konsaltinq şirkətindədir. Onun proqnozlarına görə, 2030-cu ilədək süni intellekt bazarı 2023-cü ildəki 515,31 milyard ABŞ dollarından 2 trilyon ABŞ dollara qədər artacaq. Eyni zamanda analitiklərin fikrincə, orta illik artım tempi 21,6-36,8 % təşkil edəcək. “Goldman Sachs”ın proqnozuna görə, növbəti 10 il ərzində süni intellekt texnologiyalarının iqtisadi təsiri qlobal miqyasda 7 trilyon ABŞ dollara çata bilər.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

11-04-2025

Süni intellekt 130 milyondan çox yeni iş sahəsi yaradacaq

06-12-2024

Yaponiya şirkəti süni intellekt parklarına 1 trilyon dollar sərmayə ayırıb

29-03-2025

“4SIM Azerbaijan” süni intellekt imkanlarından Azərbaycan iqtisadiyyatının artım tempini sürətləndirmək üçün istifadə edəcək

17-10-2024

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

Azərbaycan ilə süni intellekt sahəsində güclərimizi birləşdirəcəyik

29-09-2025

Süni intellekt rəqəmsal gələcəyin möhkəmlənməsində mühüm rol oynayacaq

19-03-2025

“AI Index Report 2026”: Süni intellekt sürətlə inkişaf edir

16-04-2026

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq

05-03-2025

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026

Nazir: "Azərbaycanda süni intellekt üzrə yol xəritəsi tərtib edilib"

01-02-2023

"Microsoft" süni intellekt infrastrukturunun inkişafına 18 mlrd dollar yönləndirəcək

23-04-2026

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

Azərbaycan ABŞ ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

10-02-2026

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026

“Alibaba” süni intellektin inkişafına 52 milyard dollar sərmayə yatıracaq

24-02-2025

Yaponiya texnologiya nəhəngləri süni intellekt sahəsində inhisara qarşıdır

03-10-2024

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026

"Maliyyə texnologiyalarının təkmilləşdirilməsi zəruridir"

13-06-2023

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025

4SİM Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

12-02-2025

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə