Previous Next
Bağla

4SİM ilə Çin təşkilatları arasında memorandumlar imzalanıb

17-04-2025 21:02
4SİM ilə Çin təşkilatları arasında  memorandumlar imzalanıb

Pekində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.

Xeberler.az bildirir ki, tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar qatılıb.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov konfransda iştirak edib. F. Cəfərov 4SİM-in fəaliyyəti, milli iqtisadiyyatda dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı təşəbbüslər və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edib.

Səfər çərçivəsində 4SİM-in icraçı direktoru ilə CAİCT-nin vitse-prezidenti Li Guanyu arasında ikitərəfli görüş baş tutub. Tərəflər əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Daha sonra 4SİM ilə Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT) və Ümumdünya Əşyaların İnterneti Konvensiyası Təşkilatı (World Internet of Things Convention – WIOTC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

Memorandumlara əsasən qurumlar sənaye, yaşıl və dayanıqlı inkişaf texnologiyaları kimi sahələrdə əməkdaşlıq edəcəklər. İmzalanmış sənədlər texnologiya transferi ilə yanaşı bilik və təcrübə mübadiləsi, gələcəkdə konkret layihələrin təşkili və birgə tədqiqat proqramlarının icrasını da nəzərdə tutur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb

23-04-2025

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

Azərbaycan və Çin əməkdaşlığı müzakirə edilib

07-05-2025

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

BANM və 4SİM arasında Anlaşma Memorandumu imzalanıb

14-04-2025

Özbəkistan nümayəndə heyəti 4SİM-də olub

19-09-2024

AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

29-01-2026

4SİM-in icraçı direktoru “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

20-10-2025

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023

Fariz Cəfərova yüksək vəzifə verildi

03-06-2023

Kolumbiyanın 4Sİ Medellín Mərkəzi ilə onlayn görüş keçirilib

24-07-2025

4SİM: Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaradılacaq

23-09-2025

Azərbaycan startapları Çində investisiya cəlb etmək şansı əldə edib

05-03-2025

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024

Bu il “yaşıl” texnologiyaların təşviqi və startaplara dəstək diqqət mərkəzində olacaq

26-01-2024

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə