Previous Next
Bağla

7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

23-09-2020 14:01
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

Sentyabrın 24-27-də ADA Universitetinin, “ACM-W” Avropanın təşkilatçılığı, Azərbaycan Konqreslər Bürosunun, “PASHA Bank”, “Amazon” və “IBM” şirkətlərinin dəstəyi, “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə ACM-in 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək. 

Xeberler.az bildirir ki, ADA Universitetinin ev sahibliyi ilə həyata keçiriləcək bu beynəlxalq tədbirin məqsədi qadınları karyeralarını informatika sahəsində qurmağa həvəsləndirmək, texniki sahələrdə təhsil alan və ya fəaliyyət göstərən xanımları bir araya gətirməkdir.  “womENcourage 2020” pandemiya səbəbindən bu il onlayn formatda keçirilsə də, tədbir çərçivəsində konfrans, karyera sərgisi və hakafon təşkil ediləcək. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə virtual ünsiyyət quraraq müvafiq vakansiyalardan yararlanmaq, hakafonda isə real həyatda üzləşdiyimiz problemə dair texnoloji həllər irəli sürərək funksional prototip yaratmaq imkanı əldə edəcəklər.

Dörd gün davam edəcək virtual tədbirin rəsmi  açılışını edəcək ADA Universitetinin akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal bildirib: “Əminəm ki, dünyanın lider
təhsil və sənaye müəssisələrində aparılan qabaqcıl tədqiqatlar barədə çıxışlar gəncləri bu sahəyə daha da həvəsləndirəcək”. 

Tədbir iştirakçıları informatika ilə bağlı çıxışları dinləyəcək, 5 fərqli qitədən 17 ölkəni təmsil edən tələbə və tədqiqatçıların poster təqdimatını izləyəcəklər.

Əlavə məlumat: http://womencourage.acm.org/2020/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” Virtual Toplantısı Keçiriləcək

11-08-2020

“Azercell”in sponsorluğu ilə beynəlxalq “womENcourage” konfransı keçirilir

25-09-2020

İnformatikada qadınların rolu müzakirə ediləcək

15-04-2016

İnformatikada qadınların rolu müzakirə ediləcək

27-03-2018

Qadınların informatikada rolu müzakirə ediləcək

20-03-2017

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019

Azercell Beynəlxalq Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

18-08-2025

Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016

Bakcell ADA Universitetində karyera yarmarkasına qatılıb

06-03-2019

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

29-08-2025

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

05-03-2019

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021

“Blackboard” – tədrisin idarə olunması sistemi ilk dəfə Azərbaycan dilində platforma təqdim edir

08-07-2022

Nar gənclərin uğurlu karyera qurmasına dəstək olur

04-03-2019

İKT sahəsindəki qadınlara daha bir dəstək

03-10-2015

Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018

“1 Gənc - 1 Hekayə - 1 Uğur”

19-02-2016

ABB-nin dəstəyi ilə “Karyera Həftəsi” başlayıb

17-04-2025

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

17-04-2026

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

Bakıda kibertəhlükəsizlik ilə bağlı beynəlxalq konfrans keçirilir-Fotolar

13-04-2015

“İnformatika təhsili” mövzusu müzakirə ediləcək

02-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə