Previous Next
Bağla

AAAF Park-ın effektiv kart sistemi

08-08-2015 11:56
AAAF Park-ın effektiv kart sistemi

“AAAF Park Yaşayış Kompleksi”ndə vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq, onların bütün xidmət ödənişlərini asanlıqla həyata keçirməsi üçün kart sistemi tətbiq  olunur. Sakinlər Yaşayış kompleksinə daxil olarkən sadə, qızıl, gümüş(Silver), bürünc(bronze) və VİP olmaqla kartlardan istifadə edirlər.

“Zirvə İdman Kompleksi” MMC-nin direktor müavini Rəşad Əliyev Xeberler.az-a bildirib ki, kartlar şirkətdən fərdi yaşayış evi və ya mənzil alan hər bir sakinə verilir.

Rəşad Əliyev kartlardan istifadə şərtləri haqqında Xeberler.az-a məlumat verib. Onun sözlərinə görə, sakinlərin sadə üsulla əldə etdiyi kartlardan biri də sadə kartdır:

“Şirkətdən fərdi yaşayış evi və ya mənzil alan hər bir sakinə verilir. Kartın qiyməti 2 AZN-dir. Sadə klub kartına sahib olanlar  AAAF Park-da güzəştlərdən yararlana bilirlər. Bu güzəştlərə daxildir:  lisey və bağçalar üçün nəzərdə tutulmuş aylıq ödənişdən 50 AZN endirim, bütün idman növlərinə  (fitnes, gimnastika, cüdo, mini-futbol, ağır atletika, üzgüçülük) 50 faiz endirim, Limuland əyləncə mərkəzinin oyun aparatlarından və attraksionlardan istifadə zamanı 50 faiz endirim, mağaza və kafelərdə 5 faiz endirim”.

Rəşad Əliyevin sözlərinə görə, sadə kartdan istifadə etmək hüququ aylıq kommunal haqqını ödəyən sakinlərə verilir.

“AAAF Park Yaşayış Kompleksi” ndə ən çox istifadə olunan kartlardan biri də bronze kart-dır.

Rəşad Əliyev bronze kart haqqında ətraflı məlumat verir: “Şirkətdən fərdi yaşayış evi və ya mənzil alan hər bir ailə (ata, ana və uşaqları) bu kartı da əldə edə bilər. Karta sahib olanlar aylıq kommunal xidmət ödənişlərindən (qaz, elektrik enerjisi, su və istilik üçün ödənişlər istisna olmaqla) azad olunur.Kartın qiyməti 3 AZN-dir. İllik 600 AZN ödəməklə (aylıq 50 AZN) karta sahib olanlar “Zirvə İnternational Sport Clubs” MMC-nin bir dəst idman-geyim formasını əldə edir və aşağıdakı güzəştlərdən yararlana bilir.

MMC rəsmisi Rəşad Əliyevin sözlərinə görə, parka giriş, AAAF park jurnalına abunə, ildə bir dəfə müayinə, fəaliyyət göstərən idman komplekslərində məşğul olmaq və ailə ilə birgə il ərzində 7 gün oteldən istifadə-ödənişsiz həyata keçirilir: “Eləcə də, bronze karta sahib olanlar lisey və bağçalar üçün nəzərdə tutulmuş aylıq ödənişdən 75 AZN endirim və Limuland əyləncə mərkəzinin oyun aparatlarından və attraksionlardan, sinema, buz meydançası və kartinqdən istifadə zamanı  50 faiz endirim əldə edirlər. İlin sonunda Limuland əyləncə mərkəzindən istifadə etmək üçün şirkət tərəfindən (ailədə uşaq varsa) sakinin kartına illik 600 AZN hədiyyə bonusu verilir”.

“Bronze kart sisteminin maraqlı məqamlarından biri də odur ki, kart istifadəçiləri şirkət daxilində mağaza və kafelərdə 10 faiz, taksi xidmətlərində isə 50 faiz endirimdən faydalana bilirlər”, deyə Rəşad Əliyev vurğulayıb.

Rəşad Əliyev onu da əlavə edib ki, Gümüş gold və VİP kartlar yaxın gələcəkdə istifadəyə veriləcək.

 

Mirvari Nəcəf

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun

19-01-2026

Azərpoçt-dan yeni ödəniş kartı

01-02-2018

Hesab.az və Silk way Bank-dan yeni hədiyyə kampaniyası

25-12-2015

ABB-də nağd kreditə 6 faizədək endirim

18-12-2025

Hesab.az-da Masterpass kampaniyası davam edir

07-12-2019

Azercell-in məlumat-əyləncə tətbiqi yeniləndi

07-09-2015

ALBUKART indi cəmi 3 AZN-ə

25-10-2016

Rabitəbank yeni saytını istifadəyə verdi

17-09-2015

Connect internet tariflərində endirim edib

03-03-2016

“Azercell” rouminq üçün yeni endirim tariflərinin tətbiqinə başlayıb

09-03-2011

GəncOL-da 70-dən çox endirim

18-07-2016

Azercell-in Gənc OL tarifi yenilənib

18-09-2015

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018

Ağıllı saatlarda endirim kampaniyası

07-04-2015

Yaxın vaxtlarda VISA kartlarla istənilən nəqliyyat vasitəsində istifadə olunacaq - Ekspert

28-08-2023

“CityNet”dən yeni abunəçilərə xüsusi endirim kampaniyası

25-09-2025

Dünyanın məşhur oyunları Azercell-in yeni portalında

09-09-2016

Kompüterlərdə "Opera"nın payı 34 faiz azalıb

01-09-2025

«Azercell» Naxçıvanda endirimli GPRS zonası yaradıb

03-08-2010

Nar-dan Rominq xidmətinə endirim

16-12-2015

Yelo Bank-dan sahibkarlar üçün parlaq əməkhaqqı kartları

29-08-2022

Dayanacaqlarda “Bakı Kart” terminalları quraşdırılır - FOTO

28-09-2015

Azercell abunəçiləri üçün yeni Sadə tarif paketini təqdim edir

17-04-2019

Vahid gediş kart sisteminin tətbiqi başlayır

12-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə