ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb edib

29-04-2026 / 11:51

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən daha bir uğurlu anlaşmaya imza atıb.

Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı banklarından olan Mashreqbank-ın təşkilatçılığı əsasında Avropadan 5, BƏƏ-dən 7 olmaqla, ümumilikdə 12 nüfuzlu bankın iştirakı ilə 230 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Əqdin agenti rolunda BƏƏ-nin digər nüfuzlu bankı Abu Dhabi Commercial Bank çıxış edib.

Bu, ABB-nin uzun illər sonra ötən ilin aprelində beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışının ardınca cəlb edilmiş növbəti iri məbləğli sindikativ kreditdir.

Xatırladaq ki, ötən il də ABB 200 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb etmişdi.

Bu dəfə əqdin məbləğinin 15% artması və yeni şərtlərin ABB üçün daha əlverişli olması beynəlxalq maliyyə bazarlarında həm Azərbaycanın, həm ABB-nin dayanıqlı inkişafı və güclü maliyyə mövqeyinə yüksək etimadın daha da möhkəmləndiyini göstərir.

Cəlb olunmuş vəsait ABB-nin 2026-2028-ci illər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsinə yönələcək.

ABB-nin xarici maliyyə bazarlarında iştirakı Bankın beynəlxalq imicini daha da yüksəldir, biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə