Previous Next
Bağla

ADA-nın “Yay düşərgəsi” Azercell-də!

26-07-2021 20:15
ADA-nın “Yay düşərgəsi” Azercell-də!

Ənənəvi olaraq ADA Universiteti tərəfindən yay mövsümü ərzində ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil olunan “Yay düşərgəsi” proqramı bu dəfə “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-yə səfər edib.

Xeberler.az bildirir ki, şirkətdən verilən məlumata görə, məktəblilər ilk olaraq ən böyük Azercell Müştəri Xidmətləri Mərkəzində (Bəsti Bağırova küçəsi, 2) qonaq olub, ön masa arxasında Azercell əməkdaşlarının işini canlı olaraq izləyiblər. Onlar Azercell-də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, ön masa əməkdaşlarının abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.

Daha sonra Azercell şirkətinin baş ofisini ziyarət edən düşərgə iştirakçılarına şəbəkə texnologiyaları ilə bağlı məlumatlar verilib. Azercell-in ekspertləri tərəfindən mobil texnologiyaların növbəti inkişaf meylləri, əşyaların interneti, ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlar keçirilib. Təqdimatlardan sonra məktəblilər üçün viktorinalar təşkil edilib və Azercell tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azercell şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.

Azərbaycanda təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verən Azercell, həm də, istedadlı şagirdlərin informatika üzrə beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyir. Şirkət xüsusi qayğıya ehtiyacı olan 1000-dən çox uşağa “Busuu” dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edib. Bundan əlavə, Azercell şirkəti paytaxt və regionlarda “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideynlər üçün təlimlər də təşkil edib.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADA-nın “Yay düşərgəsi” növbəti dəfə Azercell-də!  

13-07-2022

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Azercell-in stendi ən çox ziyarət edilib

09-10-2017

Azercell-də ADA Məktəbinin şagirdləri ilə görüş keçirilib

19-05-2023

Azercell tələbələrə dəstək olub

16-10-2017

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

Azercell gənclər üçün xüsusi elektron ünvan yaradıb

11-05-2016

ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

16-05-2025

Azercell Karyera Sərgisində iştirak edib

01-03-2016

Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub

21-12-2024

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

06-04-2026

Azercell növbəti karyera yarmarkasında

04-05-2015

Azercell növbəti dəfə tələbələr ilə görüşdü

01-06-2019

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər medala layiq görülüblər

03-09-2020

Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

27-04-2015

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqların “Busuu” tətbiqinə çıxışını təmin edir

01-06-2020

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015

Azercell-in təşəbbüsü ilə tələbələrlə görüş keçirilib

05-03-2015

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

01-07-2019

Azercell-dən daha bir uğur

08-12-2017

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə