Previous Next
Bağla

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016 13:01
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Big Data problemləri üzrə elmi-tədqiqatlar davam etdiriləcək.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, bu barədə 1 saylı şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxış edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova bildirib.

Məfkurə Hacırəhimova deyib, böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində neft-qaz sənayesində Big Data sisteminin konseptual, arxitektur, qərar qəbuletmənin əsas komponenti kimi Big Data, biznes analitikası və əməliyyat verilənlərinin intellektual analizi texnologiyalarının inteqrasiyası və konvergensiyası üçün modellərin işlənməsi üzrə araşdırmalar davam etdirilir.

Onun sözlərinə görə, dünyanın Big Data çağırışları – beynəlxalq təşkilatların Big Data-ya baxışları, inkişaf etmiş dövlətlərin Big Data siyasəti, Azərbaycanda Big Data-nın tədqiqi və tətbiqi üzrə təklif və tövsiyələrin işlənməsi istiqamətində tədqiqatların aparılması nəzərdə tutulur.

O bildirib ki, bu şöbədə böyük verilənlərdə gizli qanunauyğunluqların, naməlum korrelyasiyaların aşkarlanmasında mövcud problemlər tədqiq olunacaq. Həmçinin verilənlər elminin (Data Science) tədrisində dünya təcrübəsinin öyrənilməsi, böyük verilənlərin vizuallaşdırılması problemlərinin analizi və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparılması planlaşdırılır.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran Məfkurə Hacırəhimova bu istiqamətdə neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun qrant layihəsi üzrə elmi-tədqiqatların  davam etdiriləcəyini söylədi.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan məruzəçi bildirib ki, Big Data məsələləri üzrə Koreyanın Elektronika və Telekommunikasiya Araşdırmalar İnstitutu (Electronics and Telecommunications Research Institute – ETRI) ilə əlaqələrin qurulması istiqamətində yerinə yetirilən işlər davam etdiriləcək.

 AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  XXI əsrin yeni çağırışı olan Big Data problemləri üzrə aparılan elmi-tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Akademik Big Data-nın qiymətləndirilməsində indikatorlar, Big Data-nın makroanalitikası, dünya üzrə reytinqi, fəlsəfəsi, Data Science-in dünya üzrə ali məktəblərdə tədrisi və Big Data-nın vizuallaşdırılmasında semantikanın təyininin daha geniş şəkildə araşdırılmasını tövsiyə edib.

 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Big Data konfransı başa çatdı

Big Data konfransı başa çatdı

25-02-2016
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

06-07-2017
Big Data ilə bağlı elmi araşdırmalar davam edir

Big Data ilə bağlı elmi araşdırmalar davam edir

09-02-2017
E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017
Proqram mühəndisliyi və Data Science

Proqram mühəndisliyi və Data Science

19-05-2017
BakuTel sərgisində elmi-praktik konfrans təşkil olunacaq

BakuTel sərgisində elmi-praktik konfrans təşkil olunacaq

27-10-2015
Tokio Milli İnformatika İnstitutundan Azərbaycan aliminə əməkdaşlıq təklif edilib

Tokio Milli İnformatika İnstitutundan Azərbaycan aliminə əməkdaşlıq təklif edilib

01-07-2025
Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017
Big Data ilə bağlı araşdırmalar aparılıb

Big Data ilə bağlı araşdırmalar aparılıb

27-10-2016
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017
Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

29-10-2015
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Texnoparkların idarə olunması üçün model və mexanizmlər  araşdırılır

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016
“Big Data internet-reklam probleminin  həllində mühüm rol oynayır”

“Big Data internet-reklam probleminin həllində mühüm rol oynayır”

02-02-2016
Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə