Previous Next
Bağla

Big Data ilə bağlı araşdırmalar aparılıb

27-10-2016 11:38
Big Data ilə bağlı araşdırmalar aparılıb

Big data texnologiyaları təşkilatların kəskinləşən iqtisadi rəqabət mühitində dayanıqlı inkişafı üçün vacib əhəmiyyət daşıyan yanaşmalar və alətlər təqdim edir. Böyük şirkətlərlə yanaşı, kiçik şirkətlər də Big data texnologiyalarına maraq göstərirlər. Bu istiqamətdə effektiv fəaliyyət üçün vacib şərtlərdən biri ümumi korporativ strategiya ilə üzvi surətdə əlaqələndirilmiş müvafiq Big data strategiyasının işlənməsidir.

Xeberler.az-ın məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarda  institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev çıxışı zamanı deyib.

Y.İmamverdiyevin sözlərinə görə, Big data strategiyası funksional strategiya səviyyəsinə aiddir və strateji fəaliyyət istiqamətləri üzrə strategiyaları, o cümlədən ümumi korporativ strategiyanı mütləq nəzərə almalı, qarşıya qoyulmuş əsas məqsədlərin reallaşdırılmasına xidmət etməlidir:

“Bu baxımdan, Big data texnologiyalarının tətbiqi biznesin real tələbatını ödəməyə yönəlməlidir. Big data strategiyasının formalaşdırılması və reallaşdırılması konkret idarəetmə mühitində bu texnologiyaların tətbiqi üçün prioritet istiqamətlər haqqında qərar qəbul edilməsi, aydın və dəqiq məqsədlərin qoyulması, müvafiq strukturun yaradılması və investisiya proqramlarının həyata keçirilməsini, həmçinin effektiv əks-əlaqə və qiymətləndirmə mexanizmlərinin işlənməsini əhatə edir”.

Sonra məruzəçi təşkilatda verilənlərin istifadəsi zamanı meydana çıxan problemlərdən də söz açıb. O qeyd edib ki, verilənlərin əldə edilməsinə böyük həcmdə vəsait xəclənir, lakin onların sonrakı “taleyinə” lazımi diqqət göstərilmir. Təşkilatlarda verilənlərin istifadə edilməsinə sistemli, inteqrativ yanaşma deyil, funsional yanaşma üstünlük təşkil edir. Verilənlərə təşkilatın əsas aktivləri kimi deyil, aktivləri təsvir edən verilənlər kimi baxılır. Big data sahəsində liderlər – sosial şəbəkə provayderləri isə verilənlərlə əsas aktiv kimi davranırlar.

Onun sözlərinə  görə,  Big data strategiyasının əsas istiqamətlərinə bu sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, təşkilatın Big data-ya hazırlığının qiymətləndirilməsi, Big data üçün əlverişli biznes-mühitin yaradılması, Big data üzrə pilot layihənin seçilməsi, Big data sahəsində insan resurslarının inkişafı və s. aiddir.

 O, uğurlu Big data strategiyasının ölkədə İKT sənayesinin inkişafına sinergetik təsirini də qeyd edib.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Big Data internet-reklam probleminin həllində mühüm rol oynayır”

02-02-2016

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016

“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

06-07-2017

BakuTel sərgisində elmi-praktik konfrans təşkil olunacaq

27-10-2015

Big Data konfransı başa çatdı

25-02-2016

Big Data ilə bağlı elmi araşdırmalar davam edir

09-02-2017

Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

29-10-2015

DOST “Big Data” texnologiyalarına keçir

22-04-2022

Tanınmış İT şirkətlərinin ofisləri-Fotolar

17-09-2015

Bakıda Big Data Day keçiriləcək

14-03-2016

Zəlzələlərin arxivi AzScienceNet-in Data Mərkəzində yerləşdirilib

13-02-2016

ASAN könüllüləri üçün kibermaarifləndirmə təlimi keçirilib

12-08-2025

“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

13-05-2015

“Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

16-12-2025

Proqram mühəndisliyi və Data Science

19-05-2017

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017

“İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbiri keçirilib

27-02-2026

Azərbaycanda elektron tədrisin idarə olunmasının üsulları hazırlanır

13-07-2021

Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

27-04-2026

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

AKTA və Yaponiyanın milli "CERT"i birgə əməkdaşlığı müzakirə edib

06-03-2026

Balakəndə təhlükəsiz internet təlimləri keçirilib

16-04-2026

BDU-da “Data Science” təlimlərinə başlanılıb

11-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə