Previous Next
Bağla

“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

13-05-2015 10:28
“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

Bakıda  ilk dəfə “Böyük Həcmli Verilənlərin Günü 2015” (Big Data Day Baku 2015)  konfransı  baş tutacaq.

Xeberler.az-ın  məlumatına görə, “Big Data Day Baku 2015 “ Azərbaycanda Böyük Həcmli Verilənlər - BHV (Big Data) sahəsində təşkil olunacaq ilk tədbir olacaq.

Bir günlük konfrans Qafqaz Universiteti Texnoparkı nəzdində fəaliyyət göstərən CeDAWI (Center of Data Analytics and Web Insights) araşdırma mərkəzi, IEEE Kompyuter Cəmiyyətinin Azərbaycan şöbəsi təşkilatçılığı və bir sıra Oracle, EMC, Micrisoft, Azercell, ATL Group kimi tanınmış xarici və yətli şirkətlər iştirakı ilə mayın 16-da Qafqaz Universitetində keçiriləcək.

Universitetdən Xəbərlər-ə bildirilib ki, dünya trendlərinə uyğun olaraq Azərbaycanda İnternet istifadəçiləri sayının, emal olunan verilənlərin həcminin və İnternet əsaslı xidmətlərin artması nəticəsində əsas 3 problem ortaya çıxır: həcm, müxtəlifik və sürət. Verilənlərin həcminin sürətlə artması, verilənlərin formatının və tipinin müxtəlif olması və bu verilənlərin emalı üçün tələb olunan sürət, BHV-in ənənəvi  üsullarla idarə olunmasını mümkünsüz edir. BHV erasının verdiyi imkanlardan  faydalanmaq üçün xüsusi yanaşmalar, texnologiyalar və platformaların araşdırılması və istifadəsi zəruridir. Təşkilatçılar, bu səbəbdən diqqəti BHV-ə, xüsusilə verilən mədənçiliyi (Data Mining), verilənlərin analiz üsulları və metodları, maşın öyrənmə üsulları, təbii dil emalı, klaster əsaslı hesablamalar kimi mövzulara yönəldəcəklər.

Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər barəsindəki fikirlər formalaşdırmaq, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənler Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.

Qeyd edilib ki, konfransda İnformasiya Texnologiyası sahəsində yerli və xarici mütəxəssislər iştirak edəcək və tədbir iştirakçılarına BHV imkanları, infrastrukturu, idarə və analiz etmə texnologiyaları barəsində məlumatlar veriləcək.  

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda Big Data Day keçiriləcək

14-03-2016

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019

Zəlzələlərin arxivi AzScienceNet-in Data Mərkəzində yerləşdirilib

13-02-2016

Ötən həftə İKT sahəsində nələr baş verib?

18-05-2015

Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

29-10-2015

BDU-da “Data Science” təlimlərinə başlanılıb

11-12-2024

Proqram mühəndisliyi və Data Science

19-05-2017

“Verilənlərin intellektual analizi” konfransı keçiriləcək

23-06-2015

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017

Big Data ilə bağlı elmi araşdırmalar davam edir

09-02-2017

Big Data ilə bağlı araşdırmalar aparılıb

27-10-2016

Süni intellekt alqoritmlərindən istifadə etməklə rəqəmsal irs sahəsində mühüm nəticə əldə olunub

05-08-2020

BakuTel sərgisində elmi-praktik konfrans təşkil olunacaq

27-10-2015

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016

DATA-mərkəzin istismara veriləcəyi tarix açıqlanıb

09-06-2015

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 17-ci IEEE beynəlxalq konfransı öz işinə başlayıb

19-10-2023

Bakıda ilk dəfə “Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik” adlı forum keçiriləcək

07-05-2015

Nümayəndə heyətimiz BTİ-nin iclasında iştirak edir

17-05-2017

“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

06-07-2017

Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

13-05-2015

“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş oldu

19-05-2022

DOST “Big Data” texnologiyalarına keçir

22-04-2022

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə