“Clarivate” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti və tədqiqatçılar üçün “Web of Science” platformasına dair təlim keçib.
Xeberler.az Azərtaca istinadən məlumat verir ki, ADAU-nun Elm şöbəsinin müdiri Elçin Nəsirov tədbirin açılışında iştirakçılara təlimçi haqqında məlumat verib. O, bu cür təlimlərin elmi-tədqiqat aparan müəllim və tələbələr üçün əhəmiyyətini vurğulayıb.
Daha sonra İltifat İbrahimov “Web of Science” platformasının funksionallıqları, axtarış və analitika imkanları, təşkilat və tədqiqatçı profillərinin yaradılması, “Journal Citation Reports” və “Master Journal List”, eləcə də “EndNote Online referans” idarəetmə sistemi, “Research Assistant” süni intellekt aləti və platforma ilə bağlı digər məsələlər barədə geniş təqdimat edib. Təlim həm nəzəri, həm də praktiki hissədən ibarət olub və sual-cavab sessiyası ilə davam edib.
Təlimin sonunda ADAU-nun elmi işlər üzrə prorektoru Azad İbrahimov elm sahəsində və ümumilikdə universitetdə professor-müəllim heyəti, gənc alim və tədqiqatçıların elmi potensialının artırılması istiqamətində görülən işlər barədə qısa məlumat verib. Prorektor bildirib ki, “Web of Science”, “Scopus” bazalarına daxil olan yüksək impakt faktorlu dövri elmi jurnallarda dərc edilmiş məqalələrə görə universitetin professor-müəllim heyətinin 2024-cü ildən başlayaraq rəğbətləndirilməsi həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları