Previous Next
Bağla
REKLAM YERİ

Təhsil Nazirliyi Thomson Reuters-lə əməkdaşlıq müqaviləsi imzaladı

22-12-2015 20:54
Təhsil Nazirliyi Thomson Reuters-lə əməkdaşlıq müqaviləsi imzaladı

Bu gün Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Thomson Reuters şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Xeberler.az nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki,  nazir Mikayıl Cabbarov tədbirdə çıxış edərək bildirib ki, Thomson Reuters şirkəti ilə əməkdaşlıq rəqabətə qabil insan kapitalının hazırlanması siyasətinə əsaslanır və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıyır.

Nazir bu əməkdaşlığın Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada  gücləndirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ali təhsil müəssisələri üçün qlobal  elmi baza olan “Web of Science®” platformasına və “İnCites™” bazasına çıxış imkanlarının yaradılmasının əhəmiyyətini qeyd edib və əməkdaşlıq sənədinin imzalanmasını Azərbaycan elmi üçün mühüm hadisə kimi dəyərləndirib.

Thomson Reuters-in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Sameh  Əl-Din dünyada məşhur elmi platforma olan Thomson Reuters-ə geniş çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağına ümidvar olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Thomson Reuters şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə  imzalanıb. Sənədi Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Thomson Reuters-in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ölkə alimlərinin beynəlxalq akademik platformaya daha geniş qoşulmasına verdiyi dəstək xüsusi qeyd edilməlidir.

Qeyd edək ki, əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science®”platformasına (“Science Citation İndex Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex®” (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™”bazasına tam çıxış əldə edəcək.

“Thomson Reuters İnCites™” dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda “İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur.

 “Web of Science®” platforması məlumatlarının təhlili ali təhsil müəssisələrinə tədqiqatların daha səmərəli istiqamətlərini müəyyən etməyə və uğurlu inkişaf strategiyalarının qurulmasına xidmət edir.

Azərbaycanın ali təhsil müəssisələrinin “İnCites™” informasiya platformasında yerləşdirilmış “Journal Citation Reports” məlumat bazasına çıxış imkanları da təmin ediləcək. “Journal Citation Reports”un köməkliyi ilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər.  

“Science Citation İndex Expanded®” müəllim, tələbə və tədqiqatçılara təbiət elmləri və texnologiya sahəsində lazımi elmi məlumatları toplamaq, biblioqrafik informasiyadan və istinadlar haqqında məlumatlardan səmərəli yararlanmaq imkanı yaradacaq.

“Social Sciences Citation İndex®” və “Arts and Humanities Citation İndex®” bazaları ictimai, humanitar, incəsənət sahələrində nəşrlər və istinadlarla bağlı informasiyaya, “Conference Proceedings Citation İndex®” isə ən önəmli konfrans və səfərlər barəsində dərc olunan materiallara çıxış əldə etmək imkanı verəcək.

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-informasiya mənbələrindən necə istifadə etmək olar?

28-09-2015

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021

AMEA-dan İT üzrə yeni sertifikasiya proqramı

22-02-2018

Clarivate Analytics Agentliyi illik hesabatını açıqlayıb

28-06-2018

AzTU “SciVal” elmi-analitik platformasına çıxış əldə edib

19-12-2025

ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib

27-04-2025

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012

SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

26-01-2016

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

“Rəqəmsal repozitariyaların qurulması və inkişafı” müzakirə olunub

01-08-2025

Ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı əhəmiyyətli dərəcədə artıb

27-01-2024

Azərbaycan bu xarici şirkətlə texnoloji layihələr hazırlayacaq

25-04-2018

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

28-07-2022

“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır”

21-12-2016

Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

17-03-2023

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022

"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu" imzalanıb

27-04-2023

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025

Azərbaycanda son 10 ildə elmi dərəcə alan qadınların sayı artıb

07-03-2023

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

01-06-2015

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə