Previous Next
Bağla

UNEC-də elmi fəaliyyət və kitabxana işi onlayn şəkildə davam etdirilir

10-04-2020 18:24
UNEC-də elmi fəaliyyət və kitabxana işi onlayn şəkildə davam etdirilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetmənin bütünlüklə onlayn sistemə keçməsi ilə əlaqədar bütün strukturlar öz fəaliyyətlərini distant formada davam etdirirlər.

Xeberler.az bildirir ki, UNEC-in Elm və innovasiyalar üzrə prorektoru prof. Sakit Yaqubovun rəhbərliyi ilə elm blokuna daxil olan  bölmələrin rəhbərləri və əməkdaşları ilə onlayn iclas keçirilib. İclasda Elmi fəaliyyətin təşkil və idarə edilməsi departamentinin, Doktorantura şöbəsinin, Kitabxana informasiya mərkəzinin və İAETİ-nun gələcək fəaliyyət planları müzakirə edilib. EFTİED nəzdində fəaliyyət göstərən şöbələrin mövcud vəziyyətlə bağlı öz işlərini məsafədən davam etdirməsi, tədqiqat mərkəzləri ilə işlərin daha sıx aparılması, gələcəkdə nəzərdə tutulan konfransların onlayn təşkili və professor-müəllim heyətinin elmi bazalarda qeydiyyatdan keçməsi barədə müzakirələr aparılıb.

Yeni qəbul olunan doktorant və dissertantların növbəti aylarda hansı tələbləri yerinə yetirmələri barədə fikir mübadiləsi aparılıb, doktorant və dissertantların təklif etdiyi mövzuların müvafiq ixtisaslar üzrə qruplaşdırılaraq təsdiq edilməsi, antiplagiat proqramı və onun onlayn tətbiq edilməsi üçün texniki infrastrukturun hazırlıq səviyyəsi məsələlərinə də toxunulub.

İclasda UNEC-in onlayn idarəetmə rejiminə keçməsi ilə əlaqədar tələbə və müəllim heyəti üçün kitabxana xidmətini operativləşdirmək məqsədilə elektron kitabxananın oxucuların istifadəsinə təqdim edilməsi, fənlərin tədris vəsaitlərinin elektron versiyalarının yaradılaraq, tələbələrin şəxsi kabinetinə və ya elektron kitabxanaya yerləşdirilməsi, eləcə də universitetin istifadə etdiyi məlumat bazalarına evdən girişin təmin edilməsi ilə bağlı məsələlər də diqqətə çatdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub

29-12-2020

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

UNEC evlərdən distant təhsilə başlayır

04-04-2020

UNEC onlayn idarəetməyə keçdi

01-04-2020

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

"UNEC"in rəsmi "Telegram Bot"u istifadəyə verilib

21-07-2025

Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib

29-07-2020

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24-03-2020

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015

İnformatika üzrə distant formada doktorluq imtahanları keçirilib

06-07-2017

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

UNEC-də AVESİS platforması təqdim olunub

29-10-2025

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018

“Rəqəmsal əsrdə universitet kitabxanaları” adlı seminar keçirilib

12-06-2025

BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

19-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə