Previous Next
Bağla

“Rəqəmsal repozitariyaların qurulması və inkişafı” müzakirə olunub

01-08-2025 13:17
“Rəqəmsal repozitariyaların qurulması və inkişafı” müzakirə olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda “Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov və institutun bir qrup əməkdaşının iştirakı ilə təlim seminarı keçirilib. Əsas məqsəd ETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal repozitariyaların qurulması və inkişafı” layihəsi, qarşıda duran vəzifələr və problemlərə dair müzakirələr aparmaq idi.

Xeberler.az bildirir ki, seminarda öncə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı ilə əlaqədar olaraq, müvafiq dövlət qurumları və elmi müəssisələrin qarşısına yeni vəzifələrin qoyulduğunu, elmin inkişafı sahəsində ardıcıl kompleks islahatların aparılması zərurətinin yarandığını qeyd edib.

Akademik Rasim Əliquliyev bildirib ki, ölkəmizdə fəaliyyət göstərən alim və tədqiqatçılar İnternetin imkanlarından daha səmərəli istifadə etməli, dünya miqyasında qabaqcıl biliklərdən bəhrələnməlidir. Bu məqsədlə yüksək keyfiyyətli məqalələrin yer aldığı Web of Science və Scopus kimi nüfuzlu elmi məlumat bazalarına girişin təmin olunması olduqca vacibdir. Bununla yanaşı, alim və mütəxəssislərin elmi əsərləri – monoqrafiyalar, kitablar, jurnallar və digər nəşrlər də qlobal elmi ictimaiyyət üçün açıq və əlçatan olmalıdır.  Alim Elm və Təhsil Nazirliyində bu istiqamətdə beynəlxalq təcrübə nəzərə alınaraq müvafiq tədbirlərin görüldüyünü, mütəmadi olaraq təlim seminarlarının təşkil olunduğunu deyib.

Akademik R.Əliquliyev rəqəmsal repozitariyalar layihəsinin müxtəlif elmi-tədqiqat institutları və ali təhsil müəssisələrində mövcud olan elmi biliklərin sistemli şəkildə rəqəmsallaşdırılması, arxivləşdirilməsi, etibarlı qorunması və vahid elmi-intellektual əsərlər ekosisteminin yaradılması baxımından əhəmiyyətini vurğulayıb, İnformasiya Texnologiyaları İnstitutunun da bu istiqamətdə elmi-texnoloji dəstək verməyə hazır olduğunu söyləyib.

Ölkəmizdə rəqəmsal repozitariyaların yaradılması zamanı milli intellektual təhlükəsizliyin təmin olunmasının önəmini vurğulayan AMEA-nın vitse-prezidenti, bu sahədə aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilməsinin, birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən İltifat İbrahimov əvvəlcə elmmetriya sahəsində aparıcı qurumlardan olan  “Clarivate Analytics” şirkəti və Web of Science elmi bazası haqqında məlumat verib. O, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate Analytics” arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycanda Web of Science Core Collection bazasına 132 qurumun girişinin təmin olunduğunu söyləyib.

İltifat İbrahimov “Clarivate Analytics”in təqdim etdiyi, elmi təşkilatlar və tədqiqatçılar üçün böyük əhəmiyyətə malik olan bir sıra innovativ həllər, süni intellekt əsaslı alətlər, platforma və məlumat bazaları haqqında da məlumat verib.

Rəqəmsal repozitariya layihəsindən bəhs edən məruzəçi qeyd edib ki, əsas məqsəd bütün növ elmi əsərlərin, dissertasiyaların vahid rəqəmsal platformaya inteqrasiyası, sistemləşdirilməsi, rəqəmsallaşdırılması və onların qlobal elmi ictimaiyyət üçün əlçatanlığının təmin olunmasıdır: “Bu da milli intellektual irsin qorunması, ölkənin elmi potensialının qiymətləndirilməsi, o cümlədən beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.

Sonra institutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə çıxış edərək “Rəqəmsal repozitariyaların qurulması və inkişafı” layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, layihənin əsas üstünlükləri elmi-mədəni irsin vahid bazada toplanması, data-əsaslı qərarvermə prosesinin təşkilinə dəstək, müəlliflərin, nəşrlərin və elmi işlərin beynəlxalq əlçatanlığının artırılmasıdır. Əsas məqsədi isə ölkənin elmi-mədəni irsinin uzunmüddətli saxlanmasını və mühafizəsini təmin etmək, dissertasiyaları açıq və əlçatan etməklə plagiat və təkrarçılıq problemlərinin həllinə, tədqiqatların keyfiyyətinin artırılmasına dəstək olmaqdır.

D.Əlizadə İnformasiya Texnologiyaları İnstitutunun rəqəmsal repozitariyasının qurulmasına dair fəaliyyət planını da təqdim edib, institut əməkdaşlarının qarşısında duran vəzifələri diqqətə çatdırıb.

Tədbirdə vahid rəqəmsal repozitariyaların qurulması zamanı yarana biləcək problemlər, onların həlli yolları, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də müvafiq sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr irəli sürülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib

27-04-2025

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025

“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

30-06-2022

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025

SOCAR-ın dəstəyi ilə neft hasilatında enerji sərfinin optimallaşdırılmasına dair qrant layihəsi işlənilir

23-04-2026

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026

“Elektron elm” layihəsinin reallaşdırılması üçün tədbirlər görülür

19-02-2009

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə