Previous Next
Bağla

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018 11:34
Dəniz Akademiyasının veb-saytı yeniləndi

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rəsmi veb-saytının yeni versiyasının təqdimatı keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə ADDA-nın İnformasiya resurs mərkəzinin müdiri Sevinc Rzayeva ADDA-nın ilk saytının 2015-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanaraq isifadəyə verildiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu gün informasiya texnologiyalarının yüksək inkişaf etməsi ADDA-nın saytının təkmilləşdirilməsini və yenilənməsini zəruri edib.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək bu gün istənilən qurumun, təşkilatın veb-saytının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

O, bildirib ki, institutun mütəxəssisləri tərəfindən hazırlanmış adda.edu.az saytı AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılmış, təhlükəsizliyi tam şəkildə təmin olunub.

O, həmçinin saytın AzScienceNet elm kompüter şəbəkəsinin Data mərkəzində yerləşdirildiyini vurğulayıb.

ADDA-nın İnformasiya resurs mərkəzinin mühəndisi Zaur Mustafayev saytın yeni versiyasının üstünlüklərindən söz açaraq onun dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını qeyd edib.

Sonra institutun proqramçısı Sərxan Yolçuyev adda.edu.az veb-saytı haqqında ətraflı məlumat verib.

O bildirib ki, 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərəcək sayt “Akademiya haqqında”, “Struktur”, “Akademik təhsil”, “Fakültələr”, “Elm”  və s. bölmələrdən ibarətdir.

Saytın “Qalareya” bölməsində Akademiyada təşkil olunan mühüm tədbirləri əks etdirən foto və video materialların yerləşdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış saytda geniş axtarış sistemi,  faydalı linklər və sosial şəbəkələrə keçidlər yer alıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

Veb-saytların monitorinqi aparılıb

17-09-2015

Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

01-02-2019

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

ADA-nın İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun saytı hazırlanır

04-08-2015

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016

İSESKO-nun yeni loqosu və veb-saytının təqdimatı olub

27-11-2015

İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir

04-01-2013

Science.gov.az portalı müasir dizaynda oxucuların istifadəsinə verilib

26-05-2021

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

Azərbaycan dilində yeni idman portalı yaradılıb

03-11-2008

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə