Previous Next
Bağla

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016 16:13
Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

Mayın 6-da Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatında innovativ texnologiyalar” XI Beynəlxalq elmi-texniki konfransı çərçivəsində bu qurumun AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış yeni veb-saytının təqdimatı keçirilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, institutun şöbə müdiri Gülnarə Nəbibəyova veb-saytı təqdim edərək onun strukturu və dizaynı haqqında ətraflı məlumat verib.

O  bildirib ki, veb-saytın əsas məqsədi Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi-pedaqoji fəaliyyəti və akademiya ilə bağlı mühüm tədbirlər haqqında məlumatların, əldə edilən nailiyyətlərin operativ olaraq ölkə və dünya ictimaiyyətinə çatdırılmasıdır.

Veb-saytın institutun AzScienceNet Elm Kompüter Şəbəkəsinin (EKŞ) Data Mərkəzində yerləşdirildiyini söyləyən G.Nəbibəyova onun EKŞ-nin təhlükəsizlik siyasətinə uyğun hazırlandığını və hərtərəfli audit olunduğunu nəzərə çatdırıb.

“Azərbaycan Dövlət Dəniz Akademiyasının 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərəcək veb-saytında “Xəbərlər”, “Elanlar”, “Akademiya haqqında”, “Təhsil”, “Elm”, “Beynəlxalq fəaliyyət”, “Tələbə həyatı” kimi bölmələr, həmçinin akademiyada təşkil olunan mühüm tədbirlər haqqında foto və video materialların yerləşdirilməsi üçün “Fotoqalereya” və “Videoqalereya” bölmələri yer alıb”, – deyə şöbə müdiri bildirib.

Veb-saytın geniş axtarış-informasiya sisteminə malik olduğunu bildirən G.Nəbibəyova burada akademiyanın tarixi, rəsmi sənədləri, rəhbərliyi, struktur bölmələri haqqında məlumatların yerləşdirildiyini də deyib.

Məruzəçinin sözlərinə görə, internet-resursda akademiyanın elmi-tədqiqat fəaliyyəti, doktorantura və dissertasiya şuraları, elmi konfranslar, Tələbə Elmi Cəmiyyəti, Gənc Alimlər Şurası, eləcə də ADDA-nın əməkdaşlarının, respublika və xarici ölkə alimlərinin məqalələrinin yer aldığı elmi jurnal haqqında məlumat verilir. Saytın “Təhsil” bölməsində akademiyaya qəbul qaydaları, fakültələr və laboratoriyalarla bağlı məlumatlar yerləşdirilib, “Beynəlxalq əməkdaşlıq” bölməsində isə akademiyanın əməkdaşlıq etdiyi xarici ali məktəblər göstərilib.

G.Nəbibəyova bildirib ki, veb-saytın inkişafı üçün burada yerləşdirilmiş sayğac vasitəsilə sayta edilən müraciətlər haqqında ətraflı məlumat əldə etmək mümkündür. Veb-saytda həmçinin mühüm linklər və sosial şəbəkələrə keçidlər yer alıb.

Şöbə müdiri veb-saytın administrasiyası üçün təyin olunmuş məsul şəxsə AMEA İnformasiya Texnologiyaları İnstitutunda saytın idarə edilməsinə dair treninqlərin keçirildiyini diqqətə çatdırıb.

ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Faiq Nağıyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində görüləcək işlərdən söz açıb.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016
Dəniz Akademiyasının veb-saytı yeniləndi

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018
Botanika İnstitutunun veb-saytı yeniləndi

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017
Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017
Şamaxı Astrofizika Rəsədxanasının  saytı yenilənib

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017
AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016
“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016
Ədəbiyyat İnstitutunun saytı yenilənib

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017
Kimya jurnalının saytı təqdim edildi

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017
 Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017
Bu idarələr yeni sayt təqdim etdi

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018
Veb-saytların monitorinqi aparılıb

Veb-saytların monitorinqi aparılıb

17-09-2015
İnformasiya Texnologiyaları İnstitutunda  yeni veb sayt yaradılır

İnformasiya Texnologiyaları İnstitutunda yeni veb sayt yaradılır

01-04-2016
AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016
AMEA-nın televiziyası fəaliyyətə başlayır

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015
Tibbi  veb-saytların problemləri araşdırılıb

Tibbi veb-saytların problemləri araşdırılıb

19-05-2016
Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

01-02-2019
Vikipediyada Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

Vikipediyada Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

10-01-2019
AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015
Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

12-04-2017
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə