Previous Next
Bağla

UNEC-də AVESİS platforması təqdim olunub

29-10-2025 11:47
UNEC-də AVESİS platforması təqdim olunub

Azərbaycan Dövlət İqtisad Universitetində elmi fəaliyyətin rəqəmsallaşdırılması istiqamətində növbəti yenilik həyata keçirilib.

Xeberler.az məlumat verir ki, universitetdə elmi məlumatların vahid idarəetmə sistemi üzərindən toplanmasını və analizini təmin edən AVESİS (Academic Data Management System) platformasının təqdimatı keçirilib.

Tədbirdə Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adem Kalınlı platformanın funksionallığı və onun elmi idarəetmə proseslərində tətbiq imkanları barədə geniş təqdimat edib. Bildirib ki, AVESİS platforması UNEC-də akademik heyətin elmi fəaliyyətinə dair məlumatların toplanması, idarə olunması və sistemləşdirilməsi üçün yaradılmış çoxfunksiyalı idarəetmə sistemidir. Platforma vasitəsilə universitet əməkdaşlarının elmi məqalələri, istinadları, tədqiqat layihələri, patentləri və digər akademik göstəriciləri vahid məlumat bazasında toplanaraq, elmi potensialın real vaxt rejimində izlənməsi mümkün olacaq.

Yeni sistem UNEC-də dataya əsaslanan qərarvermə prosesinin təkmilləşdirilməsinə, elmi nəticələrin ölçülməsi və təhlilinin daha şəffaf və operativ aparılmasına şərait yaradacaq. Bununla yanaşı, AVESİS universitetin beynəlxalq reytinqlərdəki mövqeyinin möhkəmləndirilməsi və elmi fəaliyyətin qlobal standartlara uyğunlaşdırılması baxımından mühüm alət rolunu oynayacaq.

Professor Adem Kalınlı çıxışı zamanı bildirdi ki, elmi fəaliyyətin rəqəmsallaşdırılması müasir universitetlərin idarəetmə sisteminin əsas tərkib hissəsinə çevrilib: “Bu platforma universitetlərdə elmin yalnız nəticələrini deyil, bütün prosesini izləməyə imkan verir. AVESİS vasitəsilə elmi göstəricilərin analizi, əməkdaşların fəaliyyət xəritəsinin hazırlanması və strateji qərarların verilməsi daha effektiv şəkildə mümkün olur”.

UNEC-in rektoru professor Ədalət Muradov rəqəmsallaşmanın elmi fəaliyyətin idarə olunmasında müasir yanaşmaların tətbiqini sürətləndirdiyini, məlumatların şəffaf, ölçülə bilən və analitik əsaslarla idarə edilməsinə imkan yaratdığını bildirib. O, platformanın tətbiqinin UNEC-in elmi fəaliyyətinin beynəlxalq görünümlüyünü və tanınmasını artıracağını, elmi nəticələrin qlobal akademik məkanla inteqrasiyasını sürətləndirəcəyini və universitetin beynəlxalq elmi reytinqlərdə mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Təqdimatdan sonra UNEC-də elmin rəqəmsallaşdırılması istiqamətində son bir ildə görülmüş işlərin nəticələri müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU “SciVal” elmi-analitik platformasına çıxış əldə edib

19-12-2025

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025

BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025

UNEC-də elmi fəaliyyət və kitabxana işi onlayn şəkildə davam etdirilir

10-04-2020

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24-03-2020

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

28-01-2020

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt müzakirə olunub

17-02-2025

"Regional İnkişaf-Rəqəmsal İqtisadiyyat" mövzusunda 2-ci Beynəlxalq elmi praktik konfransı keçirilib

21-12-2023

Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

06-10-2016

Azərbaycanda elektron elmi-intellektual baza yaradılır

02-03-2016

Gələn ildən bütün universitetdə “Elektron Universitet” modeli tətbiq olunacaq

14-10-2015

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

ADPU Elmi şurasının 2025/2026-cı tədris ili üçün ilk iclası keçirilib

12-09-2025

E-maliyyə üzrə tanınmış ekspert Bakıdadır

05-10-2017

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016

UNEC-in 95 illik yubileyi qeyd olunub

19-06-2025

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə