Azərbaycanda “Robotex Azərbaycan Avrasiya Çempionatı” keçirilib. Azərbaycanın fərqli təhsil müəssisəsindən ümumilikdə 187 komanda, 845 şagird və tələbənin iştirak etdiyi olimpiadada gənc mühəndislər 21 kateqoriya üzrə qələbə uğrunda yarışıblar.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının və Fizika fakültəsinin STEAM mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə 8 kateqoriyada yarışan ADPU komandaları bütün kateqoriyalarda birinci yerə layiq görülüblər.
Xeberler.az bildirir ki, bu barədə ADPU-dan məlumat verilib.
ADPU-nun “LifeteKh” komandası “HealthTech Entrepreneurship” kateqoriyası üzrə, “FireteKh” komandası “RoboTech Entrepreneurship” kateqoriyası üzrə, “Smart Girls” komandası “Girls Triathlon” kateqoriyası üzrə, “RoadteKh” komandası “Autonomous Car” kateqoriyası üzrə, “Trackmasters” komandası “MBot Line Following” kateqoriyası üzrə, “MazeteKh” komandası “Maze Solving” kateqoriyası üzrə, “FishteKh” komandası “BlueTech Entrepreneurship” kateqoriyası üzrə, “SmartDron” komandası isə “Drone Rally” kateqoriyası üzrə Azərbaycan çempionatının qalibi olaraq olimpiadanın finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, komandaların tərkibində ADPU-nun Riyaziyyat fakültəsinin İnformatika müəllimliyi ixtisasının II və IV kurs tələbələri Aysel Qarayeva, Səkinə Vəliyeva, Ayşən Məsimova, Ayla Ağayeva, Ləman Hüseynova, Nərmin Qarayeva, Əfruz Qocayeva, Mətanət Əlizadə; Riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbələri Günay Cəfərova, Pərvin Muxtarlı; Fizika fakültəsinin Texnologiya müəllimliyi ixtisasının II kurs tələbəsi Elvin Əzizli və Riyaziyyat fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının məzunları Türkanə Qəhrəmanlı və Tamara Manaflı yarışıblar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları