Previous Next
Bağla

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018 10:05
Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May-Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan 12-ci “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitunda keçirilib.

Xeberler.az  bildirir ki, açılış mərasimində AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun direktoru, AMEA-nın akademiki Rasim Əliquliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, “Elm, ali və orta ixtisas təhsili” şöbəsinin müdiri Yaqub Piriyev, Heydər Əliyev Fondunun nümayəndəsiZafiq Xəlilov və Olimpiadanın Münsiflər Heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə çıxış edib, Azərbaycanda İKT tətbiqi sahəsində görülən və planlaşdırılan işlər haqqında məlumat veriblər,  iştirakçılara uğurlar arzulayıblar.  Sonra olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin əməkdaşları Etibar Seyidzadə və Rauf Süleymanov texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazanıb. Paytaxt və regionlarda fəaliyyət göstərən 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası olimpiadanın ikinci (final) mərhələsində iştirak hüququ əldə edib. Qeyd edək ki, şəffaflığın təmin olunması üçün müsabiqənin gedişinə AMEA-nın İnformasiya Texnologiyaları İnstitununda quraşdırılan video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilirdi.

Olimpiadada inamla irəliləyən “ADAU” komandası bu tərkibdə-rəhbər İnformasiya texnologiyaları kafedrasının assistenti Etibar Verdiyev, komandanın kapitanı informasiya texnologiyaları ixtisasının 3-cü kurs tələbəsi Sahib İbrahimov, komandanın üzvləri informasiya texnologiyaları ixtisasının 3-cü kurs tələbəsi Rəşad Kazımov və menecment ixtisasının 3-cü kurs tələbəsi Tural Məmmədli ilə mübarizəni davam etdirib. Qeyd edək ki, komandanın hazırlanmasında İnformasiya texnologiyaları kafedrasının müəllimləri, xüsusi ilə dosent Məhsəti Orucova və dosent əvəzi Mahil Məmmədov çox əmək sərf edib.  

Final mərhələsinin nəticələrinə əsasən Bakı Mühəndislik Universitetinin komandası 1-ci, ADA Universitetinin komandası 2-ci, Bakı Dövlət Universitetinin komandası 3-cü və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının komandası 4-cü yeri tutub. “ADAU” komandası isə Olimpiadanın nəticələrinə görə ümumi reytinqdə 7-ci və bölgə universitetləri üzrə isə 1-ci yerə sahib olub

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

İnformatika Olimpiadasının qalibləri açıqlandı

07-05-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

17-05-2018

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014

İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə