Previous Next
Bağla

Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub

29-09-2022 17:09
Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub

Bakı, 29 sentyabr 2022 – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun dəstəyi ilə Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub.

Xeberler.az bildirir ki, müasir avadanlıqlarla təchiz olunmuş Aerokosmik Monitorinq Təlim Mərkəzinin məqsədi geoinformasiya texnologiyalarının tətbiqi, xüsusilə peyk təsvirlərinin analizi, rəqəmsal emalı və coğrafi informasiya sistemləri sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasıdır. Tələbələr əldə etdikləri nəzəri bilikləri bu mərkəzin təhsil proqramı çərçivəsində təcrübədə tətbiq etməyi öyrənəcəklər.

Tədris prosesinə təlimçi qismində Azərkosmos, Milli Aviasiya Akademiyası və bu sahədə fəaliyyət göstərən digər qurumların, ali məktəblərin, o cümlədən qabaqcıl beynəlxalq universitet və şirkətlərin aparıcı mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulur.

Təlim müddətində dinləyicilər müxtəlif proqram təminatlarında verilənlərin emalı xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan dilində tərtib edilmiş metodik vasitələr və mentorlarla təmin ediləcəklər. Təlim vəsaiti nəzəri bilikləri, tapşırıqlar toplusunu və proqram təminatının əsas funksionallığı haqqında məlumatları əhatə edəcək.

Kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, dünyada coğrafi informasiya sistemləri, məsafədən müşahidə məlumatlarının əldə olunması, emalı və tətbiq edilməsinə olan tələbat durmadan artır. Geoinformasiya texnologiyaları sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daha da aktuallaşır. Bu baxımdan müasir geoinformasiya texnologiyalardan bacarıqla istifadə edə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması vacib məsələdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020

Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir

07-09-2021

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlığa başlayıb

11-10-2023

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023

Azərbaycanlı tələbələr Türkiyənin peyk texnologiyaları ilə tanış olublar

19-03-2025

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025

Fariz Cəfərov: Azərbaycanda “Apple” səlahiyyətli təlim mərkəzi yaradılacaq

05-03-2025

Azərkosmos-un mütəxəssisləri Fransada təlim keçib

24-11-2015

“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb

11-05-2022

Azərkosmos-da peyk təsvirləri ilə bağlı yeni sistem quraşdırılıb

09-10-2015

“100 yeni beynəlxalq sürücü” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

20-07-2022

SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

12-01-2016

Regionlarda İT təlimçilərin ilk təlimi başa çatıb

28-12-2021

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021

Azərbaycanda kiber akademiya açıldı

22-09-2022

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024

"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

22-09-2023

Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər

06-09-2024

İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə beynəlxalq sertifikat veriləcək

12-03-2019

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir  

19-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə