Previous Next
Bağla

Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər

06-09-2024 15:33
Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər

Azərbaycanlı tələbələr Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Məhəmməd Bin Rəşid Kosmik Mərkəzində (MBRSC) təcrübə proqramında iştirak edəcəklər.

Təcrübə proqramı Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Təcrübə proqramında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsinin və Milli Aviasiya Akademiyasının bakalavr səviyyəsində kosmik, aerokosmik mühəndislik, süni intellekt, STEM sahəsi üzrə biliyə sahib, həmçinin digər texniki ixtisaslar üzrə təhsil alan tələbələri, həmçinin “Technest” təqaüd proqramının məzunları iştirak edirlər.

Təcrübə proqramına başlamazdan əvvəl tələbələrlə Azərkosmosda keçirilən görüşdə proqramın əhəmiyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, bu proqramda tələbələrin kosmik tədqiqatlar, aerokosmik mühəndislik və qabaqcıl texnologiya sahələrini dərindən öyrənmək fürsəti olacaq. Proqramı uğurla başa vuran tələbələrə kosmos və texniki elmlər sahəsində təqaüd əldə etmək imkanı, eləcə də Kosmik Mərkəzin elmi komandası ilə işləməyə davam etmək şansı veriləcək.

Kosmos, aerokosmik innovasiyalar və texniki fənlər üzrə təcrübə mübadiləsi proqramını özündə birləşdirən bu “REU Boot Camp”ında tələbələr 7 gün ərzində proqram çərçivəsində təlimlərdə və təcrübə sessiyalarında iştirak edəcəklər. Proqram daha sonra müəyyən olunmuş xüsusi tədqiqat mövzusuna əsasən mentor tərəfindən verilən tapşırıqların həll edilməsi ilə tamamlanacaq. Tələbələr kosmik, aerokosmik, eləcə də innovasiya və texniki istiqamətlər üzrə analoq sistemləri, informasiya təhlükəsizliyi, kompüter və elektronik mühəndislik, pilotların və astronavtların hazırlığı, BƏƏ Ay Proqramı, BƏƏ Mars Missiyası, məsafədən idarəetmə sistemləri, peyklərin məsafədən müşahidəsi prosesində “Python” proqram sistemlərinin tətbiqi, süni intellekt və məsafədən müşahidə tətbiqləri, eləcə də ərəb dünyasının ilk qadın astronavtı olan Nora Almatrouşi ilə master-klass fəaliyyətlərinə qatılacaqlar. Təcrübə keçmiş tələbələr xüsusi sertifikatlarla təltif edilərək məzun statusu alacaqlar.

Qeyd edək ki, 2006-cı ildə yaradılan Məhəmməd Bin Rəşid Kosmik Mərkəzi BƏƏ-nin “Milli Kosmik Proqramı”nın inkubatorudur. Mərkəz bir sıra müşahidə peyklərinin yaradılması, inkişafı və istismarı, təsvir xidmətlərinin göstərilməsi, onların təhlili və tədqiqi, eləcə də dünya üzrə elmi icmalar və tədqiqat mərkəzləri üçün müvafiq məlumatların hazırlanması vəzifələrini icra edir. Mərkəzin qlobal məhsulları arasında hazırlanmış “DubaiSat-1” və “DubaiSat-2” peykləri yer alır. Mərkəzin təşəbbüsləri arasında 2021-ci ildə Mars orbitinə çatan ilk ərəb missiyası – “Emirates Mars” da var.

Missiyanın məqsədi Mars atmosferi haqqında mühüm elmi məlumatları toplamaqdan ibarətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BƏƏ Kosmik Agentliyinə Dubay vəliəhdi rəhbərlik edəcək

13-07-2015

Tələbələrin aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

20-03-2025

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024

Azərbaycanlı tələbələr aerokosmik innovasiyalar üzrə təcrübə keçəcək

14-03-2025

Azərbaycanlı tələbələr Türkiyənin peyk texnologiyaları ilə tanış olublar

19-03-2025

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015

BƏƏ Marsa kosmik aparat göndərəcək

07-05-2015

Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub

29-09-2022

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlığa başlayıb

11-10-2023

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi sponsor sayına görə rekord həddə çatıb

04-09-2023

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020

“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

26-10-2021

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

KOSMİK Akademiya beynəlxalq “3G+” müxtəliflik mükafatına layiq görülüb

25-05-2026

Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

02-06-2022

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026

Azərbaycan məktəbliləri Türkiyənin kosmik və texnologiya mərkəzlərində təcrübə keçirlər

13-05-2026

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə