Previous Next
Bağla

Azərbaycanda kiber akademiya açıldı

22-09-2022 09:31
Azərbaycanda kiber akademiya açıldı

20 sentyabr 2022-ci il tarixində Azərbaycanın ən böyük kibertəhlükəsizlik müəssisələrindən biri olan PROSOL Şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə layihəsi olaraq ərsəyə gələn “PRO-ACADEMY” təlim-tədris mərkəzinin rəsmi açılış mərasimi keçirilib. 

Xeberler.az bildirir ki, “PRO-ACADEMY”-nin əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli və milli kadrların hazırlanması, gənc mütəxəssislərin, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının daha da artırılması yolu ilə onların ölkəmizə qazandırılmasıdır. Zamanımızın ən böyük hədələrindən birinə çevrilən kiber təhdidlər həm fərdlər, həm şirkətlər, həm də dövlətlər üçün ciddi fəsadlar yaradır. Getdikcə daha təhlükəli hal alan bu tendensiya ölkələrin yarana bilən təhdidlərə qarşı öz müdafiə potensialını formalaşdırmasını şərtləndirir. Bu mənada, Azərbaycanda da yüksək biliyə və təcrübəyə sahib olan kiber mütəxəssislərin hazırlanması, onların ölkəmizə qazandırılması əhəmiyyət kəsb edir. 

PROSOL Şirkəti və ADNSU tərəfindən yaradılan akademik mərkəz də məhz bu ümdə ehtiyacın təbii nəticəsi kimi ortaya çıxmışdır. Mərkəz öz tələbələrinə kiber hücum, kiber müdafiə, kiber araşdırma və qiymətləndirmə, kiber siyasətlər, qaydalar və prosedurlar və sair kimi aktual istiqamətlərdə təhsil verəcəkdir. Onu da qeyd edək ki, PROSOL Şirkəti sahib olduğu Kiber Təlim Mərkəzində son bir ildə təmənnasız əsasda 50-ə qədər kiber analitik və mütəxəssis hazırlayaraq ölkə bazarına qazandırmışdır. 

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək kibertəhlükəsizliyin ölkəmizdə böyük əhəmiyyət kəsb etdiyini və akademiyanın əsas məqsədinin Azərbaycanın gələcəyinə xidmət edəcək yüksək ixtisaslı kiber mütəxəssislərin hazırlanması olduğunu qeyd etdi. Daha sonra PRO-ACADEMY Şirkətinin həmtəsisçisi və rəhbəri Babək Ağayev, İsrail Baş nazirinin keçmiş müavini, keçmiş Müdafiə naziri Moşe Ya’alon, İsrailin “See Security” kiber akademiyasının təsisçisi və rəhbəri Avi Vaysman rəqəmsal dövrdə kibertəhlükəsizliyin rolu, bu sahədə Azərbaycan və İsrailin ortaq maraqları barəsində çıxış etdilər. 

Tədbirin sonunda PROSOL Şirkətinin Kiber Təlim Mərkəzindən yetişmiş və hazırda Şirkətin aparıcı mütəxəssisləri olan ADNSU tələbələrinin uğur hekayələri, həmçinin PRO-ACADEMY təlim mərkəzində təhsil alacaq 55 tələbədən ikisinin gözləntiləri və fikirləri dinlənildi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BANM-in rektoru “Kiber Suverenlik” konfransında iştirak edib

27-05-2025

Azərbaycan universitetləri arasında “Kiber klub” yaradılıb

17-03-2022

MHM-də Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb

16-07-2021

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023

“Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib

09-09-2022

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimə qatılacaq

16-12-2019

Kiberhücumlara qarşı yeni qurum yaradılıb

23-04-2022

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

Müdafiə Nazirliyində kiber ordu yaradılır

16-09-2015

Türkiyədə Kiber Təhlükəsizlik İdarəsi qurulub

08-01-2025

Beynəlxalq Kiber Yay Məktəbində şəhid övladları da iştirak ediblər

20-07-2022

“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

30-10-2024

Deputat: “Azərbaycanda kibertəhlükəsizlik qüvvələrinin yaradılmasına ehtiyac var”

08-06-2016

“Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi keçirilib

22-07-2025

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

İsrail Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa maraqlıdır

03-02-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kibertəhlükəsizlik Akademiyasına tədris üçün qeydiyyat davam edir

21-08-2023

"Kiber İnsidentlərə Müdaxilə" tədbiri keçirilib

13-04-2026

“Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransına bir ay qaldı

22-08-2023

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə edilib

01-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə