AFB Bank “Elektron hökumət” portalı ilə əməkdaşlıq etmək niyyətindədir

05-11-2015 / 16:59

AFB Bank ASC vətəndaşlardan fərdi məlumatları üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv etməyi planlaşdırır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Xeberler.az-a verilən məlumata görə, adıçəkilən bankın nümayəndələri ilə keçirilmiş toplantıda vətəndaşın ödəmə qabiliyyətinin kağız üzərində sənəd tələbi olmadan müəyyənləşdirilməsi üçün “Elektron hökumət” portalının imkanları müzakirə edilib. Həmçinin, bu imkanlardan AFB Bank müştərilərinin faydalanması üçün qanunvericiliklə müəyyən olunmuş qaydalar və texniki dəstək üzrə məsələlərdən danışılıb.

Qeyd edək ki, hazırda 25-dən artıq bank vətəndaşlardan fərdi məlumatları üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv edib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə