Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015 / 11:37

Kapital Bank müştəri xidmətlərini "Elektron Hökumət" portalı vasitəsilə sadələşdirəcək.

Portaldan Xeberler.az-a verilən məlumata görə, "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) hər iki qurumun nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Toplantıda Kapital Bank-ın İdarə Heyətinin sədr müavini, pərakəndə bankçılıq departamentinin direktoru və MHM-in rəhbərliyi iştirak edib.

Toplantı çərçivəsində portal üzərindən təqdim olunan, xüsusilə də, bank sektorunun maraq dairəsində olan elektron arayışlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, portal vasitəsilə vətəndaş tərəfindən fərdə aid 9 adda arayışın formalaşdırılması mümkündür. Bu arayışlardan "Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış" və "İş yerinə dair arayış"-ın bankların diqqət mərkəzində olduğu, hazırda, 20-ə yaxın bank və bir neçə lizing şirkətinin kağız üzərində sənəd tələbini vətəndaşlar tərəfindən formalaşdırılan və elektron formada göndərilən  arayışlar vasitəsilə aradan qaldırdığı vurğulanıb.

Həmçinin, bu ildə mobil tərtibatların hazırlanmasına başlandığı, tezliklə sosial əhəmiyyətli mobil əlavələrin tətbiqinə keçiləcəyi bildirib. Toplantı çərçivəsində prezentasiya üzrə "Elektron Hökumət" portalının mobil versiyası nümayiş etdirilib.

Sonda hər iki qurum arasında mövcud texniki imkanlar müzakirə olunaraq gələcəyə istiqamətlənən planlar səsləndirilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə