“ABŞ və Çin arasında “TikTok” sosial şəbəkəsi ilə bağlı danışıqlar ən yüksək səviyyədə aparılır”.
Xeberler.az məlumat verir ki, bunu Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Deyə bilərəm ki, “TikTok”un satışı ilə bağlı Çinlə danışıqlar ən yüksək səviyyədə aparılır, davam edəcək”, - deyə o qeyd edib.
ABŞ və Hindistan arasında ticarət sazişinin bağlanmasının perspektivləri ilə bağlı suala cavab olaraq, Levitt razılaşmaların təsdiq mərhələsində olduğunu vurğulayaraq, Amerika administrasiyasının buna çox yaxın zamanda münasibət bildirəcəyini bildirib.
“Hindistan ABŞ-nin Asiya-Sakit okean regionunda strateji müttəfiqi olaraq qalır və ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə çox yaxşı münasibətlər saxlayır”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları