Previous Next
Bağla

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2018 10:46
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Məlumdur ki, hər il 17 may tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilir.

Beləliklə, BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edir və hər il beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində bu tarix ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.

“Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nün əsas məqsədi İnternetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmsal fərqin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü “Hər kəs üçün süni intellektdən istifadənin müsbət nəticələrinin təmin olunması” mövzusuna həsr edilib. 

BTİ-nin bəyanatında bildirilir ki, son illər ərzində böyük verilənlər, maşın təlimi, verilənlər anbarının hesablama gücü və bulud hesablamaları sahəsində əldə olunan yüksək nailiyyətlər nəticəsində süni intellekt texnologiyaları sahəsində əhəmiyyətli irəliləyişə nail olunub. Süni intellekt əsasında texnologiyalar artıq səhiyyə, təhsil, maliyyə, kənd təsərrüfatı, nəqliyyat və digər genişspektrli sahələrin təkmilləşdirilməsi nəticəsində insanların həyatının yaxşılaşdırılması üçün istifadə edilən perspektivli alətlərin və proqramların əsas komponenti olub.

15 may 2018-ci il tarixində İsveçrənin Cenevrə şəhərində, BTİ-nin qərargahında bu günə həsr olunmuş “Süni intellektin üstünlükləri” mövzusunda II Ümumdünya Sammiti öz işinə başlayıb. Tədbirdə əsas diqqət Birləşmiş Millətlər Təşkilatının davamlı inkişafı sahəsində hədəflərinə nail olunmasının sürətləndirilməsi üçün süni intellektin potensialından istifadə olunmasının təmini məsələlərinə ayrılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2016

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

16-05-2011

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunacaq

14-05-2009

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

16-05-2009

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2021

Nümayəndə heyətimiz BTİ-nin iclasında iştirak edir

17-05-2017

26 Noyabr - Ümumdünya İnformasiya Günüdür

26-11-2024

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019

Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti keçirilir

26-05-2015

Cenevrədə Ümumdünya Radiorabitə konfransı öz işini davam etdirir

03-11-2015

Azərbaycan beynəlxalq sammitdə iştirak edir

03-05-2016

“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

18-05-2021

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022

Azərbaycanın İKT istiqamətində gördüyü işlərin təqdimatı keçiriləcək

24-04-2015

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2025

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə