Previous Next
Bağla

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2021 19:22
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara əsasən mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Xeberler.az bildirir ki, bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il mayın 17-nə təsadüf etməsi ilə bağlıdır. “World Telecommunication & Information Society Day” (“WTISD 2021”) - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunu “Çətin dövrlərdə rəqəmsal dəyişikliklərin sürətləndirilməsi” (“Accelerating digital transformation in challenging times”) təşkil edir.

“COVID-19 böhranı informasiya və kommunikasiya texnologiyalarının (İKT) cəmiyyətlərin davamlı işləməsi üçün kritik rolunu qabartmaqla yanaşı, ölkələr arasında və ölkələr daxilində heyrətləndirici rəqəmsal bərabərsizlikləri də gündəmə gətirdi. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Telekommunikasiya Birliyinin (BTİ) üzv-ölkələrində insan həyatlarını xilas etmək və iqtisadiyyatlarını dəstəkləmək üçün fəaliyyətlərini aktivləşdirdilər. Çətin zamanlarda mövcud problemlər qarşısında möhkəm dayanıqlıq nümayiş etdirdilər. BTİ üzv ölkələr üçün “WTISD 2021” - İKT inkişafına dair milli strategiyaları, investisiyaları, əməkdaşlığı və ortaqlığı təşviq etmək üçün ağıllı siyasətləri təbliğ edərək rəqəmsal çevrilməyə davam etmək üçün bir fürsətdir. BTİ, təşkilata üzv ölkələri “WTISD 2021” bu ilki mövzusu “Çətin dövrlərdə rəqəmsal çevrilmənin sürətləndirilməsi” çərçivəsində il boyu keçiriləcək tədbirlərdə fəal iştirak etməyə dəvət edir”, - deyə Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatında bildirilib.

Qlobal informasiya cəmiyyətinin iştirakçısına çevrilmiş ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi və digər sahəvi proqramlar çərçivəsində informasiya cəmiyyətinin inkişafı üzrə bir çox işlər görülür. Bu sənədlərə uyğun olaraq, ölkədə İKT infrastrukturu və xidmətlərinin genişləndirilməsi, yüksək texnologiyalar sektorunun inkişafı, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Eyni zamanda, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, İKT sahəsində bilik və bacarıqların yüksəldilməsi, milli kontentin inkişaf etdirilməsi, cəmiyyətin bütün üzvlərinin İKT-nin yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması da görülən tədbirlər sırasında yer alır.

Görülmüş işlər nəticəsində ölkədə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib. Ölkədə internetə çıxış üçün simli, simsiz, mobil texnologiyalar tətbiq edilir. Ölkə ərazisini əhatə edən yüksəksürətli optik şəbəkəyə əsaslanan genişzolaqlı internet infrastrukturunun qurulması üçün “Evlərə optika” layihəsi” həyata keçirilir. “İctimai Wi-Fi” layihəsi çərçivəsində Bakı şəhərinin ictimai yerlərində internet xidmətinə ödənişsiz çıxış təmin edilib. Provayderlər və mobil operatorlar təhlükəsiz internet xidməti verirlər.

Əhalinin, o cümlədən məhdud fiziki imkanlı şəxslərin İKT həlləri üzrə bilik və bacarıqlarının artırılması, İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi, gənclərin İKT biliklərinə yiyələnməsinin stimullaşdırılması üçün təlimlər, kurslar, müxtəlif konfranslar, forumlar, seminarlar, dəyirmi masalar, sərgilər, müsabiqə, viktorina, olimpiada tədbirləri keçirilir, kütləvi informasiya vasitələri (KİV) vasitəsilə təbliğat-təşviqat işləri aparılır.

Hər il ali məktəb tələbələri arasında informatika üzrə olimpiada, beynəlxalq “İKT-də qızlar”, “Təhlükəsiz internet” günləri çərçivəsində tədbirlər təşkil olunur. Milli kontentin inkişafı ilə bağlı “NETTY” müsabiqəsi, “Mən Azərbaycanlıyam” bilik yarışması keçirilir.

Sözsüz ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı ilə bağlı görülmüş işlər sadalananlarla məhdudlaşmır, çoxşaxəli fəaliyyət uğurla davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2016

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2018

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunacaq

14-05-2009

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

16-05-2009

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

16-05-2011

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

01-11-2018

Azərbaycanın İKT istiqamətində gördüyü işlərin təqdimatı keçiriləcək

24-04-2015

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

19-05-2014

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti keçirilir

26-05-2015

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

18-05-2021

Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

20-07-2018

Cenevrədə Ümumdünya Radiorabitə konfransı öz işini davam etdirir

03-11-2015

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2025

Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

05-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə