Aİ kiberhücumlara görə üç rusiyalını “qara siyahı”ya salıb

27-01-2025 / 21:40

Avropa İttifaqı (Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) zabitləri olduğu və birlik ölkələrinə kiberhücumların həyata keçirilməsinə görə məsuliyyət daşıdığını iddia edilən üç Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Xeberler.az bildirir ki, bu barədə müvafiq nornativ aktların dərc olunduğu Aİ-nin rəsmi jurnalında deyilir.

“Siyahıya üç fiziki şəxs əlavə edilməlidir. Bu şəxslər Aİ-yə üzv dövlətlər üçün xarici təhlükə yaradan əhəmiyyətli təsiri olan kiberhücumlara görə məsuliyyət daşıyırlar və ya bu işlərdə birbaşa iştirak ediblər”, - sənəddə deyilir.

“Qara siyahı”ya BKİ zabitləri olduğu iddia edilən Rusiya vətəndaşları - Nikolay Korçagin, Vitali Şevçenko və Yuri Denisov salınıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə