Ailə TV-nin yeni saytı istifadəyə verildi

30-07-2015 / 14:55

Bu gündən etibarən Ailə TV abunəçilərinə yeni saytla xidmət göstərir.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, aile.tv ünvanında yerləşən sayt həm mobil, həm də stasionar cihazlarda istifadə üçün adaptasiya olunub.

İndi Ailə TV abunəçiləri və potensial müştərilər yeni saytda istədikləri məlumatı rahat şəkildə əldə edə biləcəklər və şirkətin xidmətlə və məhsullarını online sifariş edə biləcəklər.

Yeni saytda Caspian Telecom şirkətin bütün xidmətləri cəmləşdirilib və dördə əsas bölmədə göstərilib: Ailə TV, Ailə NET, Ailə TV Player və Korporativ şəbəkə. İstənilən bölməyə keçib müvafiq məlumat ala və xidmətlərimizə qoşula bilərsiniz.

Bundan əlavə abunəçilərin rahatlığı üçün tez-tez yaranan suallardan ibarət FAQ bölməsi yaradılıb. Burada saytımızın izləyiciləri yarana biləcək suallara hazır cavab əldə edə biləcəklər. Şirkətin bütün xidmətləri haqqında ən son yeniliklər və xəbərlər isə xəbərlət blokunun twitter bölməsində paylaşılır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə