Previous Next
Bağla

Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

15-12-2025 13:43
Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Konstitusiya və Suverenlik İli” və Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illiyi çərçivəsində AzTU Məzun Assosiasiyasının II Zirvə Görüşündə çıxış edib. Alim əvvəlcə AMEA-nın rəhbərliyi və ETN İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından bütün məzunları, universitetin rəhbərliyini və professor-müəllim heyətini salamlayıb.

Xeberler.az bildirir ki, tədbirin “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayan akademik Rasim Əliquliyev bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və Azərbaycan Respublikasının suverenliyinin tam təmin olunması ölkənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Alim cari ilin yanvar ayında təsdiqlənmiş “Rəqəmsal İnkişaf Konsepsiyası”, mart ayında qəbul edilmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər mühüm strateji sənədlərin dövlət siyasətinin kursunu müəyyənləşdirən strateji yol xəritələri olduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən komplesk tədbirlərin Azərbaycanın texnoloji suverenliyinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti IV Sənaye İnqilabı və süni intellekt texnologiyalarının Azərbaycanın elmi və texnoloji inkişaf strategiyasının əsas prioritetlərinə çevrildiyini qeyd edib. AzTU məzunlarını Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizliyin inkişafına dair irəli sürdüyü fikirləri əsas götürməyə, müəyyənləşdirdiyi strateji vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə çağırıb.

Alim hazırda dünyada gedən rəqəmsal transformasiyalar, qlobal proseslər və IV Sənaye İnqilabının yaratdığı reallıqlar, xüsusən də,  süni intellektin böyük sürətlə əksər sahələrə nüfuz etməsi nəticəsində mühəndislik peşəsinin əmək bazarında aparıcı mövqeyə yüksəldiyini deyib. Bildirib ki, cəmiyyətin idarə olunmasında və inkişafında rəqəmsal texnologiyaların rolunun artması yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasını zəruri edir.

Akademik bu gün mühəndisliyin yalnız texnoloji biliklər tələb edən sahələrlə məhdudlaşmadığını, yeni istiqamətlərin formalaşdığını qeyd edib: “Siyasi mühəndislik, maliyyə mühəndisliyi, dil mühəndisliyi və s. kimi peşələr artıq bu günün reallığıdır. Məhz buna görə mühəndislik XXI əsrin ən strateji peşələrindən birinə, sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir”.

Müasir dövrdə məzun anlayışının əvvəlki illərdən köklü şəkildə fərqləndiyini söyləyən AMEA-nın vitse-prezidenti, əmək bazarında mühəndislik peşələri üzrə biliklərin tədricən köhnəldiyini, sürətlə baş verən rəqəmsal transformasiyalar, yeni texnoloji çağırışlar fonunda dinamizm və davamlı olaraq yeni bilik və bacarıqların əldə olunmasını tələb etdiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev ali məktəblərdə fasiləsiz təhsil mexanizmlərinin işlənilməsinin, davamlı təhsil konsepsiyasının hazırlanmasının vacibliyindən də danışıb. Bildirib ki, məzunlar əmək bazarında yaranan yeni peşələrin tələblərinə cavab vermək, rəqabətə davam gətirə bilmək üçün daim yeni bilik və bacarıqları mənimsəməli, təhsil aldıqları universitetin professor-müəllim heyətilə əlaqələri itirməməlidir: “Bu proses müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsinə, universitetin təhsil mühitinin təkmilləşdirilməsinə və elmi potensialının inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.

Alim həmçinin Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış Anlaşma Memorandumundan bəhs edib. Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Memorandumdan irəli gələn vəzifələrin icrası istiqamətində elm və təhsilin inteqrasiyası, tədrisin keyfiyyətinin yüksəldilməsi və yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı  mühüm tədbirlərin həyata keçirildiyini, hər iki qurumun əməkdaşlarının bu prosesdə fəal iştirak etdiklərini deyib.

Çıxışının sonunda akademik Rasim Əliquliyev AzTU-nun məzunlarını İnformasiya Texnologiyaları İnstitutunun elmi-texnoloji potensialından, maddi-texniki bazasından səmərəli istifadə etməyə, daim öz üzərində çalışaraq rəqəmsal transformasiyaların tempinə uyğun fəaliyyət göstərməyə çağırıb. İnstitutun AzTU-da yeni məzun siyasətinin, fasiləsiz təhsil mexanizminin formalaşdırılması və gənclərə qabaqcıl elmi-texnoloji biliklərin ötürülməsində hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik: Yüksəkixtisaslı mühəndis kadrların hazırlanması zəruridir

Akademik: Yüksəkixtisaslı mühəndis kadrların hazırlanması zəruridir

24-12-2025
İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026
Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024
Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026
“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025
FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022
İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026
Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

11-06-2026
İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın rəqəmsal arxitekturası müzakirə edilib

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın rəqəmsal arxitekturası müzakirə edilib

14-02-2026
Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024
İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023
İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025
Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

25-12-2025
Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018
“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə