Previous Next
Bağla

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026 11:39
İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 55 illiyi ilə əlaqədar müzakirələr aparılıb, bu elm müəssisəsinin ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində keçdiyi tarixi yol və əldə etdiyi elmi nailiyyətlərdən bəhs olunub.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev elmi müəssisənin yaranma tarixindən söz açıb. Akademik qeyd edib ki, bu qurumun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərib. 1997-ci ildə AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılıb. 2002-ci il mayın 21-də İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunub.

Alim qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan, daim onun diqqət və qayğısı ilə inkişaf edən bu elmi qurum Azərbaycanın İKT sənayesinə intellektual dəstək verən əsas mərkəzlərdən biridir. İnstitutun əsasını təşkil edən ilk strukturun yaradılmasında əsas məqsəd dövlət idarəetmə orqanlarında, nazirlik və komitələrdə, sosial-iqtisadi sahələrdə və istehsalat birliklərində riyazi metodların, hesablama üsullarının və kompüter texnologiyalarının tətbiqinə elmi-metodiki dəstək göstərmək, müxtəlif səviyyəli avtomatlaşdırılmış idarəetmə və informasiya emalı sistemlərinin layihələndirilməsi və tətbiqini təmin etmək idi.

“Həmin dövrdə bu fəaliyyət faktiki olaraq ölkədə rəqəmsal dövlət quruculuğunun ilkin elmi əsaslarının formalaşdırılmasına xidmət edib”, – deyən institutun baş direktoru bildirib ki, məhz bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində respublikada şəbəkə texnologiyalarının, müxtəlif təyinatlı informasiya sistemlərinin, hesablama mərkəzlərinin yaradılmasının əsası qoyulub, informatika sahəsində yüksəkixtisaslı milli kadrların hazırlanması il bağlı məqsədyönlü tədbirlər həyata keçirilib, mühüm nəticələr əldə edilib.

Alim 1980-ci illərdə aparılan elmi tədqiqatlar çərçivəsində kompüter şəbəkələrinin yaradılmasına xüsusi diqqət yetirildiyini, respublikanın müxtəlif hesablama mərkəzlərinin qarşılıqlı əlaqələndirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb. Alim bildirib ki, Azərbaycanın ilk dəfə internetə çıxışı 1991-ci ildə məhz bu qurumda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirilib. Həmçinin ölkənin ilk veb-saytı – science.gov.az 1995-ci ildə institutun mütəxəssisləri tərəfindən hazırlanıb.

Akademik Rasim Əliquliyev müstəqillik illərində, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən texnoloji siyasət fonunda institutun fəaliyyət istiqamətlərinin daha da genişləndiyini vurğulayıb. Alim hazırda institutda dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə – süni intellekt, data analitika, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim ilə bağlı tədqiqatların aparıldığını bildirib.

Tədbirdə, həmçinin institutun formalaşması və inkişafına töhfə verən alim və mütəxəssislərin elmi fəaliyyəti, əsas nailiyyətləri, informasiya cəmiyyəti və informasiya texnologiyalarının aktual problemləri üzrə aparılan fundamental və tətbiqi tədqiqatlar barədə məlumat verilib. Bildirilib ki, yarım əsrdən artıq fəaliyyəti dövründə İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan elminin beynəlxalq elmi məkana inteqrasiyası, ölkənin dayanıqlı inkişafına intellektual dəstəyin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, informasiya cəmiyyətinin elmi əsaslarının formalaşdırılması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsində mühüm rol oynayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

23-05-2018

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə