Previous Next
Bağla

Akademik: Yüksəkixtisaslı mühəndis kadrların hazırlanması zəruridir

24-12-2025 12:59
Akademik: Yüksəkixtisaslı mühəndis kadrların hazırlanması zəruridir

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib.

Xeberler.az bildirir ki, Akademik çıxışının əvvəlində Azərbaycan elmi ictimaiyyəti adından universitetin rəhbərliyini, professor-müəllim heyətini, məzunları və tələbələri salamlayaraq AzTU-nun 75 illiyi münasibətilə təbrik edib, bu əlamətdar yubiley tədbirində iştirak etməkdən məmnunluğunu ifadə edib.

AMEA-nın vitse-prezidenti bildirib ki, Azərbaycan Texniki Universiteti yarandığı gündən etibarən şərəfli və zəngin inkişaf yolu keçib. Qeyd olunub ki, həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində universitetin əsas missiyası dövlətə və cəmiyyətə xidmət etmək, sənayenin müxtəlif sahələri üçün yüksəkixtisaslı mühəndis kadrları hazırlamaq olub.

Akademik Rasim Əliquliyev AzTU-nun 75 il ərzində iki mühüm intibah mərhələsindən keçdiyini vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə sənaye cəmiyyətinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, Bakı Məişət Kondisionerləri Zavodu, “Radiozavod”, Elektron Hesablama Maşınları Zavodu, “Ulduz” Zavodu və digər istehsal müəssisələrinin yaradılması yeni texnoloji mərhələnin əsasını qoyub. Bu proseslər sənayenin tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis və texniki kadrların hazırlanmasını zəruri edib və həmin dövrdə AzTU ölkənin aparıcı texniki ali təhsil müəssisələrindən birinə çevrilib.

Alim qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin olunub, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilib. Onun sözlərinə görə, qlobal texnoloji proseslərə uyğun olaraq 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qəbul edilməsi AzTU-nun kompüter mühəndisliyi, telekommunikasiya, peyk rabitəsi və digər yüksək texnologiyalar sahəsində kadr hazırlığında mövqelərini daha da gücləndirib. Bu mərhələ universitetin ikinci intibah dövrü kimi dəyərləndirilib.

Akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə suverenliyin möhkəmləndirilməsi, qlobal çağırışlara adekvat inkişaf strategiyalarının icrası, rəqəmsal transformasiya və süni intellektin inkişafının əmək bazarında mühəndis peşəsinə marağı artırdığını vurğulayıb. Bildirilib ki, dövlət idarəçiliyində və müxtəlif sahələrdə müasir texnologiyaların geniş tətbiqi mühəndislər qarşısında yeni vəzifə və məsuliyyətlər yaradır.

Çıxışda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində və son illərdə qəbul olunmuş strateji sənədlərdə süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının vacibliyini xüsusi olaraq önə çəkdiyi qeyd edilib.

Sonda akademik Rasim Əliquliyev Azərbaycan Texniki Universitetində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ixtisaslaşmış mərkəzlərin yaradılması və strateji layihələrin icrası istiqamətində görülən işləri yüksək qiymətləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

15-12-2025
İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026
AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025
FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022
Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025
AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018
Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024
Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018
Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024
Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019
Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026
AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

19-12-2023
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

25-05-2022
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

11-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə