“Ali təhsil işsizlikdən xilas etmir”

18-11-2015 / 11:30

Bütün dünyada əmək bazarına təhsilli insanların daxil olmasında artım qeydə alınır. Bununla bərabər, ali təhsilə yiyələnmə qlobal səviyyədə işsizlik səviyyəsini azaltmır.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatında deyilir.  

Hesabat müəllifləri qeyd edirlər ki, son 15 ildə tədqiqatın aparıldığı 64 ölkənin 62 əmək bazarında ali təhsilli insanların sayında artım müşahidə olunur. Universitet təhsilli insanların son illərdə sayında daha çox artım Kanada, Lüksemburq və Rusiyada qeydə alınıb.

“Bu, müsbət tendensiyadır, çünki təhsil rahat şəraitdə işləməyə və çox qazanmağa imkan verir. Lakin bu o demək deyil ki, ali təhsilli şəxslərin iş tapmaq imkanı avtomatik olaraq daha çoxdur”, - BƏT nümayəndəsi Stiven Kapsos bildirib. 

Bildirilir ki, varlı ölkələrdə təhsilli insanların işsiz qalmaq riski azdır, inkişaf etməkdə olan və orta səviyyəli ölkələrdə ali təhsilli insanların sayı bəzən müvafiq ixtisasa uyğun iş yerlərinin sayından çox olur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə