İT mütəxəssislər üçün növbəti vakansiyalar

12-06-2015 / 11:03

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Konsis şirkəti 22-50 yaşlarında, ali texniki təhsilli, müvafiq sahədə 1 il iş təcrübəsi olan, rus, ingilis dillərini bilən veb-dizayner axtarır. Əmək haqqı 200 AZN-dir. Şirkətdən bildirilib ki, namizədlər mükəmməl kompüter, proqramlaşdırma biliyinə, PHP-MYSQL üzrə dərin biliklər və interfeys proqramlaşdırma sahəsi üzrə biliklərə sahib  olmalıdır.
Namizədlər CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Unibank bank texnologiyaları və innovasiya şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir. Namizəd 20-28 yaşlarında, ali təhsilli(riyaziyyat, kompüter elmləri sahəsində), rus və azərbaycan dilləri üzrə mükəmməl biliklər, 1 illik iş təcrübəsi, PL/SQL fundamental biliklər tələb olunur. Əlaqədar şəxs Elnarə Şahbazovadır.
Telefon: (012) 541-33-33
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

AVİS Tibbi Marketlər Şəbəkəsi 23-30 yaşlarında, ali təhsilli, müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi olan veb dizayner axtarır. Namizəddən proqram bilikləri (HTML, CSS, Adobe Photoshop, Corel Draw, Java Script), texniki sənədlər üzrə işləmə bacarıqları tələb edilir. Əlaqədar şəxs Afaq Vəliyevadır.
Telefon: (051) 759-07-54, (012) 502-47-17
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

TFT MMC avtomatika mühəndisi vakansiyasını elan edir. 20-35 yaşlarında, tam orta  təhsilli, azərbaycan və rus dillərini bilən, iş təcrübəsi 1-2 il olan namizədlər müraciət edə bilər. Əmək haqqı 300-400AZN təşkil edir. Əlaqədar şəxs Pərviz Əliyevdir.  
Telefon: 0125115483
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Digital Services Company veb developer axtarır. Şirkət qeyd edib ki, namizədlərdən 2 illik PHP, PERL təcrübəsi, MySQL, PostgreSQL, Oracle, MSSQL və SQL üzrə biliklər, azərbaycan, rus, ingilis dili tələb olunur.
Tələblərə cavab verən namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Trud .az 25-45 yaşlarında, ali texniki təhsilli, minimum 2 il iş təcrübəsi olan 1C proqramçı axtarır.
Şirkət dil biliklərini (C# və Pl/sql, PHP) bilən namizədləri işə dəvət edir. Əmək haqqı 1000AZN-dir.
Telefon: (012) 465 36 61, 055 407 67 10
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Best Soft MMC 23-45 yaşlarında, ali texniki təhsilli, iş təcrübəsi 1 ildən 3 ilə qədər olan 1C proqramçı axtarır.
Şirkət dil biliklərini (C# və Pl/sql, PHP) bilən namizədləri işə dəvət edir.
Namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Diplomat LTD 25-5 yaşlarında, ali təhsilli, İt sahəsində 5 ilə qədər iş təcrübəsi olan, azərbaycan, rus dillərini bilən İT menecer axtarır. Əmək haqqı 1200 AZN-dir. Əlaqədar şəxs Dorina Natalia
Telefon: 012 497-35-42; 99412 596-33-21; 99412 596-11-58
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azpod MMC 19-30 yaşlarında, ali təhsilli, 1 ildən aşağı ofis sahəsində iş təcrübəsi olan kompüter operatoru axtarır. Şirkət qeyd edir ki, namizəd ofis proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilməli, GPS navigasiya programları bilən xanımlara üstünlük verilir. Xarici dil bilikləri arzuolunandır. Əmək haqqı 600 AZN-dir.
Telefon: (012) 562-41-23
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

DataBase MMC proqramçı vəzifəsinə vakansiya elan edir. Namizədlərdən 21-40 yaşlarında, ali texniki təhsilli, 1il iş təcrübəsi olan, HTML, CSS,PHP ,Java script biliyi tələb edilir. Namizəd həmçinin rus və azərbaycan dillərində səlis danışıq qabiliyyətinə malik olmalıdır. Əmək haqqı 500 AZN-dir. Əlaqədar şəxs Nicat Vəliyevdir.
Telefon: 0124049724
Maraqlanan şəxslər [email protected] ünvanına şəkilli CV göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.