Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün İT sahəsində olan vakansiya yerlərini təqdim edir:
Bastion Outsourced IT Management şirkəti 25-45 yaşlarında, natamam ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan şəxsləri İT mütəxəssis vəzifəsinə işə dəvət edir.
Şirkət namizəddən İT texnik bilikləri, kompüterlərin təmiri, optimizasiyası, Microsoft Outlook programını kökləməkdə təcrübə, lokal şəbəkə sahəsində təcrübə tələb edir. Həmçinin namizəd Microsoft Windows Server 2003/2008/2012, Active Directory, Firewall, Proxy server, Mail server, TCP/IP, DNS, DHCP, NAT, modem, routerlərin və şəbəkə switch-lərin qurulması, port forwarding, şəbəkə kabellərin çəkilməsi və rozetkaların yığılmasında təcrübə, smartfonlarda emaillərin qurulması və s kimi bacarıqlar da tələb edir. Bu şirkətdə çalışmaq istəyən şəxslər DVR, NVR, PTZ, analoq, İP müşahidə kameralarının quraşdırılması və kökləməsi sahsində də müəyyən təcrübəyə sahib olmalıdır. Əmək haqqı 600-700 AZN-dir. Əlaqədar şəxs Elçin Camalov
Telefon: (012) 564-41-57
E-mail : [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
SƏDO şirkəti HTML, CSS, Javascript-i yüksək səviyyədə bilən, Photoshop-dan istifadə etmək bacarığı olan, müxtəlif brauzerlərin xüsusiyyətlərini bilən, müxtəlif brauzerlərdə işləyəcək kod yazan İT mütəxəssis axtarır. Namizəd saytların frontend hissələrinin hazırlanması, promo-səhifələrin hazırlanması, E-poçt şablonlarının hazırlanması kimi tapşırıqlara əməl etməlidir. Əmək haqqı 600-900 AZN-dir. Əlaqədar şəxs Həsən
Telefon: 050 966 99 97, 070 577 28 18
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Avatech MMC 20-27 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan İT texnik axtarır. Şirkət namizəddən əməliyyat sistemlərinin və əsas proqramların biliyi, yenilənmələrin yükləmə bacarığı, microsoft əsaslı tətbiqlərin idarə edilməsi (Windows Servers, IIS, Windows Services, aktiv şəbəkə cihazlarının quraşdırma, baxım və idarəetmə təcrübəsi, TCP/IP, LAN, WAN, VPN bilikləri, verilənlər bazasının quraşdırma və idarəetmə (MS SQL) əsaslarını bilməyi tələb edir.
Əmək haqqı 200-400 AZN-dir. Əlaqədar şəxs Cavanşir Əlizadə
Telefon: (050) 299-99-57
E-mail: [email protected]
Şəkilli CV-ləri [email protected] ünvanına göndərə bilərsiniz.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
AG bank ali təhsilli, 1 ilə qədər iş təcrübəsi olan, Azərbaycan və rus dillərini bilən İT mühəndis vakansiyasını elan edir. Namizəddən MS Outlook, Word, Excel, Windows-da işləmək bacarığı tələb olunur.
CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
DİVİ Korparasiyası Telekommunikasiya üzrə mühəndis vakansiyasını elan edir. Natamam ali təhsilli, müvafiq sahə üzrə 1 illik iş təcrübəsi, rus və ingilis dillərini öyrənmək qabiliyyətinə malik şəxslər işə dəvət olunur. Əmək haqqı 400-500 AZN-dir. Əlaqələndirici şəxs Arzu Babayeva
Telefon: 012 497 31 21
Email:[email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Cybernet MMC Gəncə filialına texniki ali təhsilli, 2 ildən artıq iş təcrübəsi olan şəxsləri İT texnik vəzifəsinə işə dəvət edir. Namizəddən əməliyyat sistemlərinin və əsas proqramların biliyi, yenilənmələrin yükləmə bacarığı, microsoft əsaslı tətbiqlərin idarə edilməsi və bu istiqamətdə digər bacarıqlar tələb olunur.
CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri