Previous Next
Bağla

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016 11:13
İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

2015-ci ilin sonuna olan vəziyyətə görə, dünyada internetə qoşulan qurğuların, o cümlədən smartfon, planşet, fərdi kompüter, televizor, TV və audio qurğularının sayı 8,1 milyard təşkil edib. Bu barədə IHS analitik şirkətinin hesabatında deyilir.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu göstəriciləri nəzərə alan ekspertlərin hesablamalarına görə, dünyada hər ev təsərrüfatına orta hesabla dörd internetə qoşulmuş qurğu düşür.

Tədqiqatda, həmçinin qeyd olunur ki, smartfonlar sayəsində internetə qoşulan qurğular bazarına hər il təxminən yarım milyard yeni qurğu əlavə olunur. Həmçinin planşet və TV qurğularının sayında artım olsa da, bu, smartfonların sayı kimi sürətli getmir.

Mütəxəssislərin fikrincə, gələcəkdə smartfonların üstünlüyü güclənməkdə davam edəcək. 2020-ci ilədək dünyada istifadə olunan hər 10 smartfona 1 planşet düşəcəyi gözlənilir.  

Bu arada Gartner analitik şirkəti dünya smartfonlar bazarının zəifləyəcəyini proqnozlaşdıraraq gələcəkdə bu sahədə ikirəqəmli artım tempinin olmayacağını hesab edir.

Analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ildə smartfonların satış həcmi 7 faiz artaraq 1,5 milyard ədədə çatacaq.

Müqayisə üçün qeyd edək ki, smartfon sahəsində ən yüksək artım göstəricisi artımın 73 faizə bərabər olduğu 2010-cu ildə qeydə alınıb. 2015-ci ildə artım 14,4 faiz təşkil edib.

2020-ci ildə bazarın natural ifadədə həcminin 1,9 milyard qurğuya çatacağı gözlənilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016

Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

20-07-2017

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015

Smartfonların satışı azalacaq

09-09-2015

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015

İki SİM-kartlı smartfonların satışı yarım milyardı ötəcək

21-07-2015

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017

Dünyada ən çox tələbat olan elektron qurğular smartfonlardır

28-04-2015

“4K” displeylər bazarının həcmi 52 milyard dollara çatacaq

21-04-2015

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017

Smartfonların satış həcmi artıb

19-11-2015

Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

02-03-2011

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

13-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə