Xarici dilləri bilən İT mütəxəssis axtarırlar

19-06-2015 / 14:48

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Qeyd edək ki, ötən vakansiyanı iyunun 12-də təqdim etmişdik.

22-35 yaşlarında, ali texniki təhsilli, müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxsləri İT mütəxəssis vəzifəsinə dəvət edir. Şirkət namizəddən  İT və elektronika sahəsində bilik, yeni məhsulların xarakteristikalarını bilmək, lokal şəbəkələrin quraşdırılması bacarığı tələb olunur. Əmək haqqı 400 AZN-dir.
Namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bank “BTB” ASC şəbəkə administratoru vəzifəsinə işə qəbul elan edir. Müəssisə namizədlərdən ali təhsil, şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi, LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər, tətbiqi proqramlar üzrə biliklər tələb edir.
Bank həmçinin, qeyd edir ki, namizədlər Azərbaycan və rus  dillərində səlis danışmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər şəkilli CV-lərini 6 İyul, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Şəbəkə administratoru)  göstərməyiniz xahiş olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Əmrahbank məlumat bazası və proqramlaşdırma şöbəsinə rəis vəzifəsinə vakansiya elan edir. Bank namizəddən ali təhsil, bank sektorunda iki ildən artıq iş təcrübəsi, ORACLE verilənlər bazası üzərində iş təcrübəsi olan, hər hansı proqramlaşdırma dilini (JAVA, Delphi, C++, Jbasic,) mükəmməl bilməsi, Web platformalarla iş təcrübəsi, rus dili bilikləri tələb edir. Temenos bankçılıq proqramı ilə iş təcrübəsi olan mütəxəssislərə üstünlük verilir. Əmək haqqı 1800-2500 AZN-dir.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Soliton mağazalar şəbəkəsi  22-28 yaşlarında, ali və ya orta ixtisas təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxsləri  kompüter işləri üzrə operator vəzifəsinə dəvət edir. Şirkət namizəddən MS Office proqramlarını rahat istifadə etməyi, mağazanın fəaliyyəti ilə əlaqədar məlumatların kompüterə daxil edilməsi, dəyişikliklərin elektron bazada qeyd edilməsi, gündəlik hesabatların hazırlanması, fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsini tələb edir. Əlaqədar şəxs Nərgiz Əliyeva
Maraqlanan namizədlərdən xahiş olunur mövzu yerində vakansiyanın adı qeyd olunmaqla CV-ləri [email protected] ünvanına göndərilsin. Şəkilsiz CV-lər qəbul edilməyəcək.
Telefon : (012) 180
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

LifeGuard 20-35 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan İT Texnik vəzifəsinə vakansiya elan edir. Namizədlər İT və elektronika sahəsində anlayışı olmalı, daim yeni məhsulların xarakteristikalarını öyrənməli, lokal şəbəkələrin quraşdırılmasını bacarmalıdır. Əmək Haqqı 300-400 AZN-dir.
Telefon: (012) 480-35-17
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Prosys MMC 23-40 yaşlarında, ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan, şəxsləri mühəndis-proqramçı vəzifəsinə işə dəvət edir. Şirkət namizədlərdən C#, ASP.NET-də iş təcrübəsi, HTML, CSS və Javascript, SQL dilini bilmək, Oracle və MSSQL ilə işləyə bilmək, Web Servis və web servis client yaza bilmək, ingilis dilini texniki mətnləri oxuya biləcək səviyyədə bilmək tələb edir. Əmək Haqqı 1000-1500 AZN-dir. Əlaqədar şəxs Yazgül Məmmədovadır.
Maraqlanan namizədlərdən xahiş olunur mövzu yerində vakansiyanın adı qeyd olunmaqla CV-ləri [email protected] ünvanına göndərilsin.
Telefon: (012) 594-12-32
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Unibank bank texnologiyaları və innovasiya şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir. Namizəd 20-28 yaşlarında, ali təhsilli(riyaziyyat, kompüter elmləri sahəsində), rus və azərbaycan dilləri üzrə mükəmməl biliklər, 1 illik iş təcrübəsi, PL/SQL fundamental biliklər tələb olunur. Əlaqədar şəxs Elnarə Şahbazovadır.
Telefon: (012) 541-33-33
E-mail[email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə