“Amazon” şirkəti öz kuryerləri üçün süni intellekt əsaslı ağıllı eynəklər hazırlayır. Eynəklərin xüsusiyyəti ondan ibarətdir ki, kuryerlər əllərindən istifadə etmədən işləyə bilsinlər, bu isə onların daim növbə ilə həm telefona, həm çatdırdıqları bağlamaya, həm də ətrafa baxmaq zərurətini azaldacaq.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, eynəklər kuryerlərə bağlamaları skan etmək, piyada marşrutu üzrə addım-addım təlimatlara riayət etmək və çatdırılma faktını təsdiqləmək imkanı verəcək ki, bütün bunlar telefondan istifadə etmədən həyata keçiriləcək. Eynəklər süni intellektə əsaslanan sensor imkanlardan və kompüter funksiyalarından istifadə edərək kameralarla birlikdə displey yaradır. Bu displeydə təhlükələr və çatdırılma tapşırıqları kimi məlumatlar əks olunur.
“Amazon” ümid edir ki, yeni eynəklər sürücülərə və kuryerlərə ətraflı göstərişlər və təhlükələr barədə məlumatı birbaşa görmə sahəsində təqdim etməklə hər bir çatdırılma üçün tələb olunan vaxtı azaldacaq.
Eynəklər kuryerin gödəkcəsinə bərkidilmiş idarəetmə cihazına qoşulur. Cihazda idarəetmə elementləri, dəyişdiriləbilən batareya və xüsusi təcili yardım düyməsi yerləşir.
“Amazon” qeyd edir ki, eynəklər həm reseptlə təyin olunan optik linzaları, həm də işıqlandırmaya avtomatik uyğunlaşan fotoxrom linzaları dəstəkləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları