Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) Elektron Mediaya Yardım Fondu ilə birlikdə “Aparıcıların peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda təlim kursu keçirilib.
Təlim kursunda iştirak edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, televiziya aparıcıları hər bir kanalın vizit kartıdır: “Televiziya aparıcılarının üzərinə xüsusi məsuliyyət düşür. Aparıcılıq müəllim peşəsinə bərabərdir. Aparıcılar cəmiyyət üçün öyrədici rolunu oynamalıdırlar. Əgər onların mədəniyyətləri yoxdursa, efirdə özlərini apara bilmirlərsə, cəmiyyətə nə öyrədə bilərlər?”
N. Məhərrəmlinin sözlərinə görə, aparıcıların fəaliyyəti ilə bağlı Şuranı qane etməyən çoxlu məqamlar var: “Aparıcılar bəzən həddən artıq sərbəstliyi efirə gətirirlər, bəzən çox sürətlə və ya yavaş danışırlar. Əsas narazılığımız isə efirdə Azərbaycan dilinin istifadəsi ilə bağlıdır. Təəssüf ki, indiki efir məkanında aparıcıların ədəbi dildən istifadə səviyyəsi həddən artıq aşağıdır. Biz Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı mövqeyimizi həddən artıq sərtləşdirəcəyik. 2003-cü ildə MTRŞ “Azərbaycan dilindən istifadə ilə bağlı qaydalar” müəyyən edib. Yəqin ki, aparıcıların əksəriyyətinin heç bundan xəbərləri yoxdur”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri