Amerikanın “Apple” korporasiyası artıq ikinci ildir ki, dünyanın ən qiymətli brendi elan olunub.
Xeberler.az məlumat verir ki, bu barədə “Brand Finance Global 500” illik tədqiqatında deyilir.
“Apple”ın brend dəyəri bir il ərzində 11 faiz artaraq 574,5 milyard dollara çatıb.
Reytinqdə ikinci yeri yenə 35 faiz (461,1 milyard dollara qədər) artım nümayiş etdirən “Microsoft”, üçüncü yeri “Google” (+24 faiz, 413 milyard dollar), dördüncü yeri “Amazon” (+15 faiz, 356,4 milyard dollar) tutub.
Ən qiymətli markalar onluğuna həmçinin “Samsung” (110,6 milyard dollar), “TikTok” (105,8 milyard dollar), “Facebook” (91,5 milyard dollar), “Nvidia” (87,9 milyard dollar) və Çinin “State Grid Corporation” (85 milyard dollar) daxildir.
“Deutsche Telekom” ümumi reytinqdə 11-ci yeri tutaraq (+16 faiz, 85,3 milyard dollar) Avropanın ən bahalı brendi kimi tanınıb.
“Brand Finance”ın məlumatına görə, dünyanın 500 ən dəyərli brendinin ümumi dəyəri son bir ildə 10 faiz artaraq 9,5 trilyon dollara yaxın olub.
“Brand Finance”ın doqquzuncu illik araşdırması 41 ölkədən və 31 sənaye sektorundan 6 mindən çox brend haqqında məlumatları ehtiva edir. Sorğuda 175 mindən çox respondent iştirak edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri