Apple, yeni iPhone 17 modellərinə göstərilən tələbata görə tarixi uğura imza ataraq Samsung-u geridə qoyub və dünyanın ən böyük telefon istehsalçısı adına sahib olub. Bu, 2011-ci ildən bəri ilk dəfədir ki, şirkət illik satış həcminə görə liderliyə yüksəlir.
Xeberler.az bildirir ki, "Counterpoint Research"in məlumatlarına görə, 2025-ci ildə Apple-ın satışları 10% artıb və qlobal bazarın 19.4%-ni ələ keçirib. Samsung isə kiçik bir artım göstərsə də, ümumi payı 18.7%-də qalaraq ikinci yerə geriləyib.
Bu yüksəlişin tək səbəbi yeni modellər deyil. Ekspertlər bildirir ki, pandemiya dövründə telefon alan insanların artıq cihazlarını yeniləmək vaxtı çatıb və bu da satışları kəskin artırıb. Xüsusilə yeni və incə dizaynlı "iPhone 17 Air" modeli alıcılar tərəfindən çox bəyənilib.
Görünən odur ki, Apple bu üstünlüyü asanlıqla vermək fikrində deyil. Şirkətin gələn il həm daha ucuz "iPhone 17e" modelini, həm də çoxdan gözlənilən qatlanan telefonunu təqdim edəcəyi gözlənilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları