Dünyanın tanınmış proqram təminatı və personal kompüter istehsalçısı olan ABŞ-ın “Apple” şirkəti “Motorola”nı məhkəməyə verib. Belə ki, rabitə vasitələri üçün avadanlıq və mobil telefon istehsal edən şirkət müəllif hüquqlarını pozmaqda günahlandırılır. “Apple” rəsmiləri iddia edirlər ki, “Motorola” onların istehsalçısı olduğu sensor ekranlı smartfonu eyni interfeyslə istehsal ediblər. Söhbət şirkətin istehsal etdiyi “Droid”, “Cliq”, “BackFlip” modellərindən gedir.
“Apple” tələb edir ki, “Motorola” onun istehsal etdiyi modelləri özününküləşdirməyə son qoysun və vurduğu ziyana görə şirkətə maddi təzminat ödəsin. Xatırladaq ki, bu, “Apple”in ilk belə məhkəməsi deyil. Bundan bir qədər əvvəl şirkət Finlandiyanın dünya şöhrətli mobil telefon istehsalçısı olan “Nokia”ya qarşı da məhkəmə iddiası qaldırmışdı. Bundan başqa, bu günə qədər “Apple”in Tayvanın mobil telefon istehsalçısı olan “High Tech Computer Corp. (HTC)” şirkəti ilə məhkəmə prosesi də gedir. Burada da iki şirkət bir-birini müəllif hüquqularını pozmaqda günahlandırırlar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri