“ASAN İnnovativ İnkişaf Mərkəzi”nə yeni rəhbər təyin edilib

16-05-2023 / 12:39

ASAN İnnovativ İnkişaf Mərkəzində yeni təyinat olub.

Xeberler.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Aysel Cəbrayılova Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”ndə ASAN İnnovativ İnkişaf Mərkəzinə yeni direktor təyin olunub.

Aysel Cəbrayılova Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya fakultəsində təhsil almış, İstanbul Teknik Universitetində Rəqəmsal Marketinq və Sosial Media mövzusunda uzmanlıq proqramında təhsilini davam etdirmişdir. Chartered Institute of Marketing üzvü, Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən akreditə olunmuş kouçdur.

“Rəqəmsal dünyada qazandıran yol xəritəsi” kitabının müəllifi, UNEC SABAH Magistraturası çərçivəsində “Elektron Kommersiya” ixtisaslaşması üzrə yazılmış “Rəqəmsal Marketinq və Sosial Media” kitabının həmmüəllifidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə