“Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda təlim keçirilib

01-03-2025 / 07:44

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda təlim təşkil edilib.

Xeberler.az məlumat verir ki, təlimdə müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

Məqsəd media nümayəndərinin fəaliyyətində süni zəka alətlərindən effektiv istifadəni dəstəkləməkdir. Həmçinin onların iş prosesini optimallaşdırmaq və informasiya istehsalında innovativ yanaşmaların tətbiqini təşviq etmək əsas hədəflərdir.

Bu çərçivədə iştirakçılara müvafiq sahədə istifadə edilə biləcək süni zəka alətləri, trendlər, çatışmazlıq və inkişaf perspektivləri barədə məlumat verilib. Real nümunələr və vörkşoplar əsasında isə süni zəkanın tətbiqi mənimsənilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

ASAN İnnovativ İnkişaf Mərkəzinin əsas məqsədi qabaqcıl ASAN təcrübəsi əsasında innovativ və yeni təlim metodlarının istifadəsi ilə ölkəmizdə yüksək ixtisaslı kadrlar hazırlamaq, eləcə də dövlət və özəl sektorda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına töhfə verməkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə