Səyyar ASAN xidmət Çilov adasında

20-09-2018 / 10:04

20 sentyabr “Neftçilər günü” münasibəti ilə SOCAR və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

Xeberler.az  bildirir ki, tədbir çərçivəsində Çilov adasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar ASAN xidmət təqdim edilib. Vətəndaşlar tədbir çərçivəsində şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də “Azəriqaz” İB-nin xidmətlərindən yararlanıblar.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Videoya keçid: https://bit.ly/2xnZdjM


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə