“ASAN Viza” portalından (www.evisa.gov.az) ilk elektron viza alan İtaliya vətəndaşları Nicoletta Prandi və Luca Rossi dekabrın 30-da Bakıya gəliblər.
Əcnəbilər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində alıblar.
Qonaqların ölkəmizə gəliş məqsədi isə turizm olub.
Qeyd edək ki, e-viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.
Dekabrın 16-da “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Hazırda test rejimində fəaliyyət göstərən “ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri