“ASAN Viza” portalı təqdim edilir-Foto

16-12-2016 / 11:30

Məlumat verdiyimiz kimi,  bir müddətdir ki, “ASAN Viza” portalının yaradılması istiqmətində işlər davam edir.

Xeberler.az-ın məlumatına görə,  hazırda “ASAN Viza” geniş  ictimaiyyətə təqdim edilir. Belə ki, sabah Four Seasons otelində layihənin təqdimat mərasimi keçirilir.

Tədbirdə açılış nitqini  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov edib, yeni xidmət barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bu portal vasitəsilə vizaların verilməsinin tam elektronlaşdırılması və sadələşdirilməsi həyata keçiriləcək. Əcnəbilər sadəcə üç addımda onlayn vizanı elektron formada üç iş günü ərzində alacaqlar.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə