29 avqust -1 sentyabr tarixində BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının Elm, Texnologiya və İnnovasiya İşçi qrupunun 4-cü, Asiya və Sakit Okean İnformasiya Supermagistralı Komitəsinin 6-cı sessiyası keçirilib.
Xeberler.az bildirir ki, işçi qrupunun fəaliyyəti üzv ölkələr arasında rəqəmsal texnologiyaların təşviqi, innovasiyaların və yaxşı idarəetmənin həyata keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, dövlət sektorunda innovasiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Sessiyada çıxış edərək Azərbaycanda rəqəmsallaşma və dövlət xidmətlərində innovasiyaların tətbiqi və bu istiqamətdə ən yaxşı təcrübələrin digər ölkələrə ötürülməsi, eyni zamanda post pandemiya dövründə rəqəmsal texnologiyaların populyarlaşması və yeni dövrə adaptasiya ilə bağlı fikirlərini bölüşüb. Sessiya çərçivəsində Asiya və Sakit Okean İnformasiya Supermagistralı Komitəsinin Rəqəmsal texnologiyalar və tətbiqlər İşçi qrupunda üzv ölkələrlə əməkdaşlıq və ortaq layihələrin həyata keçirilməsi müzakirə edilmişdir.
BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası dünyanın 50-dən çox ölkəsini özündə birləşdirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri