Gözəgörünməz robot hazırlanıb

07-02-2017 / 14:47

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları parametrlərinə görə onu digər bu kimi materiallardan fərqlənən hidrogelin yeni növünü yaratmağa müvəffəq olublar.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, yeni materialın imkanlarının nümayişi üçün tədqiqatçılar akvariumda kiçik balıqları tutmaq və saxlamaq imkanına malik şəffaf gözəgörünməz robot istehsal ediblər.

Çox zaman hidrogellər çox az sərtliyə malik materiallardan ibarət olur, asanlıqla öz formasını dəyişir və hətta onları müəyyən bir yerə qoyduqda kiçik toxunuş nəticəsində belə parçalana bilirlər.

Gözəgörünməz robotlarda hidrogelli gövdə şəbəkə vasitəsilə müəyyən konfiqurasiyaya malik boşluğa daxil edilib. Hidravlik sistem boşluqların müəyyən seksiyalarına su yığmaq üçün təşkil edilib. Doldurulmuş və boş seksiyaların kombinasiyaları robotun bədənini müəyyən yolla sıxmağa və digər hərəkətləri etməyə imkan verir.

“Robotu suda görmək mümkün deyil, çünki o, özü 99 faiz sudan ibarətdir. Bərk materialdan istehsal edilmiş istənilən manipulyatordan fərqli olaraq robot balığı onun kövrək gövdəsinə ən kiçik zərər belə vermədən tuta və saxlaya bilər”, – professor Xuanhe Jao bildirib. 

Bundan başqa, hidrogelli robot onu pasiyentin orqanizminə tamamilə bioloji uyğun edə biləcək təbii materialdan istehsal edilə, həmçinin təbii maye ilə doldurula bilər ki, bu da insanın orqanlarının işinə əvəzolunmaz kömək göstərə bilər.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə