Previous Next
Bağla

"AWITA 2024" Mükafatlarının təqdimat mərasimi keçirilib

09-12-2024 15:46
"AWITA 2024" Mükafatlarının təqdimat mərasimi keçirilib
“İnnovasiyalar Mərkəzi”nin tərəfdaşlığı ilə “AWITA 2024” Azərbaycanda İT sahəsində ən uğurlu qadınları elan edib.
 
Xeberler.az bildirir ki, 6 dekabr 2024-cü il tarixində “Fairmont Baku” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin tərəfdaşlığı və "Femmes Digitales" – "Texnologiyalar sahəsində qadınlara dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə AWITA – Azərbaycan Qadınları TECH-də Mükafatlarının təqdimat mərasimi keçirilib.
 
Tədbirin məqsədi ölkənin rəqəmsal iqtisadiyyatında gender bərabərliyini təşviq etmək, informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərdə qadınların rolunu tanıtmaq, təcrübə mübadiləsi və İT mütəxəssislərini bir araya gətirmək üçün platforma yaratmaq olub.
 
“AWITA 2024” mərasimi COP29 qlobal gündəliyi çərçivəsində texnologiyaların və gender bərabərliyinin davamlı inkişafa yönəlmiş töhfəsini vurğulayıb. Parlament üzvləri, səfirlər, dövlət qurumlarının nümayəndələri, texnologiya şirkətlərinin liderləri, universitet rektorları, tələbələr və gənc mütəxəssislər də daxil olmaqla 500-dən çox dəvət edilmiş qonaq qadınların texnologiya sahəsindəki nailiyyətlərini və onların Azərbaycan iqtisadiyyatı və cəmiyyətinin inkişafına verdikləri töhfələri qeyd etmək üçün bir araya gəlib.
 
Dördüncü AWITA tədbiri, həmçinin Femmes Digitales-in 10 illik yubileyi Azərbaycanda texnologiyaların və inklüzivliyin inkişafında qadın liderliyinin əhəmiyyətini vurğulayıb, bu sahədə yeni bir səhifə açıb.
 
Qala tədbirində dünya üzrə aparıcı yenilikçiləri və gender bərabərliyi tərəfdaşlarını birləşdirən "Femmes Digitales" Fəxri Müşavir Şurasının üzvləri və "AWITA 2024" müsabiqəsinin münsiflər heyəti təqdim edilib. Onların arasında Böyük Britaniyadan eWorldwide Group-un sədri Pr. Səlma Abbası, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadə, VXSİDA, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, qlobal konsaltinq şirkəti olan EndeavorVR-nin həmtəsisçisi və baş direktoru, ABŞ-dan "Gələcəyin TOP 100 Qadını" siyahısına daxil olan Emi Pek, Perspektywy Women in Tech təşkilatının prezidenti və Polşanın Rəqəmsallaşma Nazirliyi yanında rəqəmsallaşma üzrə Şuranın üzvü Banka Svinska və digər görkəmli şəxslər yer almışdır.
 
Tədbirdə AWITA 2024 müsabiqəsində iştirak üçün respublikanın müxtəlif bölgələrindən müraciət etmiş 200-dən çox namizəd arasından 33 nəfərlik münsiflər heyəti tərəfindən12 nəfər seçilərək mükafatlandırılıb.
 
"İnnovasiyalar Mərkəzi" yalnız innovativ düşüncə və biliklərin inkişafı ilə deyil, həm də gender bərabərliyinin təşviqi ilə fərqlənir. Mərkəz qadınların innovativ layihələrdə iştirakını artırmaq məqsədilə müxtəlif təlim proqramları, startap müsabiqələri və sosial innovasiya yönümlü tədbirlər təşkil edir və ya bu cür tədbirlərin keçirilməsinə dəstək göstərir. Bu fəaliyyətlər qadınların ideyalarının reallaşdırılması, yüksək texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması üçün geniş imkanlar yaradır.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları sahəsində ilin direktoru

10-12-2018

Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edildi

06-12-2018

İT sahəsində fəaliyyət göstərən xanımlar mükafatlandırılacaq

10-03-2023

Nigar Arpadarai: Qadınların hər sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir

07-12-2024

Azərbaycanın ən uğurlu İKT xanımları seçiləcək

27-12-2016

Bakutel çərçivəsində AWITA 2018 mükafatlarının təqdimat mərasimi keçiriləcək

28-11-2018

Bu gün ilin ən uğurlu İT xanımları müəyyən ediləcək

26-01-2017

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015

“InnovateHER: Fuelling Women’s Success in STEM”in açılış mərasimi keçirilib

20-10-2025

AKTA və "Femmes Digitales" arasında Memorandum imzalanıb

11-10-2025

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

Femmes Digitales-in təşkiltçılığı ilə 5-ci regional tədbir keçirilib

05-11-2019

Azərbaycanın İT xanımları seçilib- Fotolar

27-01-2017

AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub  

20-12-2023

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015

ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

20-02-2020

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı təsis olunub

11-07-2023

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb

03-09-2024

"ECO-nun qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları hazırdır"

02-07-2025

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024

“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

20-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə