Azərbaycan hökuməti rəqəmsal infrastrukturu təkmilləşdirir və “ağıllı” texnologiyaların cəlb edilməsinə böyük önəm verir.
Xeberler.az məlumat verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov “Vişeqrad ölkələri və Azərbaycan” mövzusunda keçirilən beynəlxalq seminarda deyib.
Onun sözlərinə görə, işğal olunmuş ərazilər 2020-ci il Vətən müharibəsi nəticəsində azad edildikdən sonra Azərbaycan müasir rəqəmsal texnologiyalara əsaslanan “ağıllı” şəhər və kənd konsepsiyasından istifadə etməklə Qarabağda dağıdılmış yaşayış məntəqələrinin tikintisinə və bərpasına başlayıb.
A. Müseyibov qeyd edib ki, Dördüncü Sənaye İnqilabı hazırda insan həyatının bütün sahələrini əhatə edir və bununla da “yaşıl iqtisadiyyat”, “yaşıl enerji” və s. kimi yeni tendensiyalar yaradır.
"Texnoloji transformasiyanın uğurlu nümunələrindən biri süni intellektin (artificial intelligence – AI) yaradılmasıdır. Süni intellektin bütün ölkələrin hökumətləri üçün yeni imkanlar yaradır", - o deyib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri